Yeni zelandiyalı rejissor, ssenarist və prodüser Ceyn Kempion bütün səviyyələrdə uğur qazanmış kinematoqrafçıdır. O, "ən yaxşı kinorejissor" kateqoriyasında iki dəfə "Oskar" mükafatına namizəd göstərilmiş ilk qadındır.
Kempion həm də "Piano" (1993) filmi ilə "Qızıl palma" mükafatına layiq görülmüş ilk qadın rejissordur. Bu film həm də "ən yaxşı orijinal ssenari" nominasiyasında "Oskar" mükafatına layiq görülüb. O, 78-ci Venesiya beynəlxalq film festivalında "The Power of the Dog" (2021) filminə görə "Gümüş şir" mükafatına layiq görülüb.
"No Film School" saytı Kempionun "Outstanding Screenplays" portalı üçün çəkilmiş videoda verdiyi 10 tövsiyəsini dərc edib:
1. Başlamaq istədiyiniz layihə ilə bağlı həmişə həm sevgi, həm də qorxu hiss edəcəksiniz. Etməli olduğunuz şey qorxuya üstün gəlib ilham və sevginin ondan bir qədər güclü olmasına nail olmaqdır. Qorxu sizi geri çəkəcək. …Məni də geri çəkib. …Düşünürəm ki, bəlkə də, bütün rejissorlara terapiya lazımdır. Ancaq, bəlkə, həm də öz içlərinə baxmaq qabiliyyəti lazımdır. Qorxuya qarşı durub onu ilhama çevirin.
Buna da bax: Spilberqin 20 tövsiyəsi2. Filmin başlanğıcında auditoriyanın düşüncəsində toxum əkin və onların diqqətini sonradan yaddaşlarına toxunacaq bir şeyə doğru istiqamətləndirin. …Mən yazıda qaydaların olduğuna inanmıram. Ancaq düşünürəm ki, əkərək faydasını görmək hekayəçiliyin ən vacib hissəsidir. Əvvəldə müəyyən aspektləri yerləşdirə bilsəniz, bu, qəhrəmanlarınızın transformasiyasına kömək edə və auditoriyanızın sonradan əlaqə qura biləcəyi şeylərə işıq sala bilər.
3. Hekayə və ya qəhrəmanların müəyyən mənada sizin öz həyat təcrübənizə uyğun olub-olmadığını kəşf etməyə çalışın. Bu təcrübələrdən öyrəndiklərinizdən yararlanın. Ssenari yazmaq və rejissorluq şəxsi məkandan gələn şeylərdir. Qəhrəmanlarla eyni vəziyyətdə olmanız vacib deyil. Ancaq onların emosional baxımdan olduqları yeri anlamağa çalışın. Qorxu, həyəcan, xoşbəxtlik və s. hiss etmisinizmi? O zaman reaksiyanız necə olub? Bir qədər təbiilik əlavə edin.
4. Film çəkərkən ona gərəkən bütün sevgini, diqqəti və zəkanı verin. Ancaq onu dünyaya buraxandan sonra ondan əlinizi çəkin. …Nəyisə dəyişmək həvəsi həmişə olur. Qoyun qalsın, görün necə yetkinləşir. Sonra yeni bir şey yaradın. Verə biləcəyiniz çox şey var.
Buna da bax: Tarantinodan 20 rejissorluq məsləhəti5. Dostlarınıza deyin rəylərində amansız olsunlar. O pis rəyləri eşitmək üçün bütün gücünüzü toplamalısınız, çünki rəy amansız olur. Ancaq rəy həm də köməkdir və öyrənməyin yeganə yoludur. …Ancaq sizə söz verirəm, hekayəniz daha yaxşı olanda, yazınız irəliləyəndə, haradasa filmlərinizin premyerası olanda buna dəyəcək. Dinləyin. Nəzərə alın. Qoy bu sizi kamilləşdirsin.
6. Qoyun kimsə sizinlə psixoloji iş aparsın. Qoyun onlar sizinlə qəhrəmanınız arasında müzakirənin fasilitatoru olsunlar. Bunun çox köməyi dəyir. Bir dostunuz və ya bir mentorla işləyin və qəhrəmanınızın hər bir aspekti haqda danışın. Hətta bir aktyor dostunuzdan qəhrəmanlardan birini oynamasını xahiş edə bilərsiniz. Bu, çox əyləncəlidir, çünki siz onlara suallar verə, hekayənizi və bu insanlara dalmağın yollarını tamamlaya bilərsiniz.
7. Bəyənmədiyiniz dünyadan qaçıb öz dünyanızı yaradın. Həyat çətindir. Hollivud rədd cavabları ilə doludur. Ssenari yazmaq və film çəkmək sizi problemlərinizdən uzaqlaşdıra və sizə başqa vaxt heç cür görə bilməyəcəyiniz şeyləri araşdırmaq imkanı verə bilər. Zamanda səyahət edin. Aşiq olun. Xüsusi bir yerə gedin.
Buna da bax: Akira Kurosavanın 10 film tövsiyəsi8. Detalları dəyişərək özünüz və ətrafınızdakı insanlar haqda yazın. Hamımız bir neçə personaj tanıyırıq. Onları işə salın. Onları təbii edin. Tanıdığınız insanları kombinə edin. Ya da, sadəcə, onları dərindən araşdırın. Adları və detalları dəyişin, ancaq dostlarınızı və qohumlarınızı daha böyük şeylər üçün başlanğıc nöqtəsi kimi istifadə etməkdən qorxmayın.
9. Qoyun auditoriyanız bütün film ərzində burunlarının ucunda olan şeyi necə qaçırdığını düşünsün. Bu, öncədən planlaşdırmaqla bağlı bir şeydir. Sonradan auditoriyanı təəccübləndirə bilərsiniz. Hekayənizə laylar əlavə etsəniz, bu, fərq yaradacaq.
10. Çəkiliş zamanı özünüzü itirsəniz, görməli olduğunuz tək iş kameranı qoşub qarşısına insanları qoymaq və nə etdiyinizi biləcək qədər yaxşı hazırlaşdığınıza inanmaqdır. İntuisiya ən yaxşı dostunuzdur. O sizi uzun karyera yolunda ayaqda saxlaya bilər. Əslində həmişə iş üçün narahat olacaqsınız. Ancaq özünüzü itirəndə və ya ruhdan düşəndə intuisiyanızı təqib edin. Kameranı qoşub nəsə çəkin. İlhamınızı tapın.