Dolların artan təzyiqindən manatı necə qorumalı

Əli Məsimli

►Deputat Əli Məsimli vəziyyətdən çıxış yolları barədə danışır

“Bloomberg” mütəxəssislərinin açıqlamasından belə nəticə çıxarmaq olar ki, manat da bu il ABŞ dollarının ciddi təzyiqinə məruz qala bilər. Agentlik 2016-cı ildə dünyanın əsas valyutalarının ABŞ dollarına nisbətdə xeyli dəyər itirəcəyini vurğulayır.

Proqnoza əsasən, ABŞ dollarına nisbətdə avronun məzənnəsi 3 faizədək azalacaq. Yapon yeni - 3,5 faiz, İsveç və Danimarka kronları, eləcə də Avstraliya dolları təxminən 5 faiz zəifləyəcək. ABŞ milli valyutasına nisbətdə İsveçrə frankının məzənnəsi 6 faiz, Yeni Zelandiya dollarının kursu 7,5 faiz aşağı düşəcək.

Digər valyutalara nisbətən dolların dəyər qazanması ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması ilə əlaqədardır. İqtisadi yüksəliş sürərsə, bu il uçot dərəcəsinin daha 4 dəfə artırılacağı da proqnozlaşdırılır.

FES-in dekabr qərarından sonra manatın, az qala, yarıbayarı (48 faiz) ucuzlaşması milli valyutanın dözümlü olmadığını üzə çıxardı. Sual doğur: FES yenə faiz artırmasına getsə, manat necə və nə qədər dözə biləcək? (Ardı aşağıda)

Sizin brauzer HTML5-i dəstəkləmir

Banklardan krediti dollarla götürənlər nə etsin?

Buna da bax: Yerevanda müxalifətin "yolka aksiyası" dağıdıldı- [Video]

Manat necə və nə qədər dözə biləcək?

Milli Məclisin üzvü Əli Məsimli manatın məzənnəsinə bir çox amilin təsir göstərdiyini deyir:

“Onların arasında dünya bazarında neftin qiymətinin dinamikası, dolların məzənnəsi, kapital axını və Azərbaycanın daha çox ticarət etdiyi ölkələrin milli valyutalarındakı dəyişikliklər xüsusi yer tutur”.

İqtisadçı deputatın fikrincə, bu il ABŞ dolları dünyanın əsas valyutalarına nisbətdə xeyli möhkəmlənərsə, bu, Azərbaycan manatına həm birbaşa, həm də dolayı yolla təsir göstərəcək:

“Bütövlükdə götürəndə, dolların bahalaşması iqtisadiyyatı xeyli dərəcədə idxaldan asılı ölkə kimi, Azərbaycanın da iqtisadiyyat və milli valyutasına mənfi təsir edəcək. Möhkəm dolların manata birbaşa təsiri manatın məzənnəsi formalaşarkən əsas götürülən dollar-avro səbətində dollar payının ağır basmasından qaynaqlanacaq. Dolayı təsirsə həmin prosesin neftin qiymətinə, kapital axınına, bizimlə daha çox ticarət aparan Rusiya, Türkiyə, İran və başqa ölklərin milli valyutalarına təsir dərəcəsindən asılıdır”.

Elə iqtisadi struktur formalaşdırlmalıdır ki...

Əli Məsimli bildirir ki, Azərbaycan manatının mübadilə kursu dollara nisbətdə 2 dəfəyə yaxın aşağı düşsə də, bunun təsiri ilə idxal azalmaq əvəzinə artır:

“Biz dünya iqtisadiyyatında gedən proseslərin və əlverişsiz siyasi və iqtisadi konyunkturun mənfi təsirlərini azaltmalıyıq”.

Əli Məsimli çıxış yollarını da göstərir:

“Mərkəzi Bankda və Neft Fondunda yığılan valyuta ehtiyatlarımızın sürətlə azalmasının qarşını almaqdan ötrü cəmiyyət həyatının bütün sahələrində radikal islahatlar başlanmalıdır. Yerli istehsal inkişaf etdirilməli, idxalı əvəzləyəcək istehsal və yeni təşəbbüslər təşviq olunmalıdır. Daxili və xarici bazarda rəqabət apara biləcək malların istehsal sahəsi xeyli genişləndirilməlidir. Ölkəyə neftdən başqa valyuta gətirə biləcək sahə və şirkətlər formalaşdırılmalıdır. İdxalın lüzumsuz - özümüzün də istehsal edə biləcəyimiz hissəsi azaldılmalıdır”.

Əli Məsimlinin sözlərinə görə, rəqabətədözümlü elə iqtisadi struktur formalaşdırılmalıdır ki, təkcə neftin 100 dollardan baha satıldığı dövrdə deyil, ekstremal şəraitdə də səmərəli fəaliyyət göstərsin.

Sizin brauzer HTML5-i dəstəkləmir

"Banka $100 min borcum var, evimiz yıxıldı"