Erdogan vurulmuş Rusiya pilotunun ailəsindən üzr istədi

Vladimir Putin və Tayyip Erdogan

►"Rusiya təyyarəsi qəsdən vurulmayıb"

Türkiyə prezidenti Racep Tayyip Erdoganın SU-24 təyyarəsinin vurulmasına görə Rusiya prezidenti Vladimir Putindən üzr istədiyi bildirilir.

Bu barədə iyunun 27-də Kremlin rəsmi saytı məlumat yayıb.

Kremlin sözçüsü Dimitry Peskovun sözlərinə görə, Erdogan rusiyalı həmkarı Vladimir Putinə rəsmi məktub göndərib.

Məktubda bu insident nəticəsində həlak olna rusiyalı pilotların ailə üzvlərinə dərin hüzünlə başsağlığı verilir və üzürxahlıq bildirilir.

Məktubda Türkiyənin buna görə pozulmuş münasibətləri düzəltməkdə maraqlı olduğu, Rusiyanın Türkiyənin dostu və strateji tərəfdaşı olduğu bildirilir.

Erdogan məktubda qeyd edir ki, Rusiya təyyarəsi qəsdən vurulmayıb və Türkiyənin heç vaxt belə bir fikri olmayıb.

Məktubda həmçinin bildirilir ki, həmin vaxt əsir düşən pilotlardan birinin qətlində adı hallanan Türkiyə vətəndaşına qarşı istintaq işi başlanıb.

Qeyd edək ki, Türkiyənin ötən ilin noyabrında Türkiyə sərhədi yaxınlığında Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, Ankara ilə birgə layihələrdən çıxıb.

Türkiyə təyyarənin onun hava məkanını pozduğunu, Rusiya isə onun Suriya ərazisində vurulduğunu təkid edir.

Ankara bu insidentə görə indiyədək üzr istəməmişdi.

Rusiya təyyarəsi Türkiyə sərhəddində belə vuruldu

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya təyyarəsi Türkiyə sərhəddində belə vuruldu

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun

Uşaqlar niyə intihar edir?

Sizin brauzer HTML5-i dəstəkləmir

Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında- 27 iyun

Azərbaycan səhiyyəsi beynəlxalq reytinqlərdə