Erdoğan Putinlə görüşmək üçün avqustun 27-də Moskvaya gedir

Vladimir Putin (sağda) və Recep Tayyip Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğanın avqustun 27-də prezident Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edəcəyi gözlənilir.

Erdoğanın administarsiyası əvvəlcədən planlaşdırılmış bu səfər barədə avqustun 23-də iki lider arasında telefon söhbətindən sonra məlumat verib.

Ankara bildirir ki, Erdoğan telefon söhbəti zamanı Putinə Rusiya tərəfindən dəstəklənən Suriya prezidenti Bashar al-Assad qüvvələrinin İdlib qəzası üzərinə hücumlarının humanitar böhran yaratdığını və Türkiyənin milli təhlükəsizliyinə hədə təşkil etdiyini deyib.

Kreml bildirir ki, Putin və Erdoğan İdlib qəzasında gərginlyin aradan qaldırılması üçün “qarşılıqlı səyləri aktivləşdirmək” barədə razılığa gəliblər.

Buna da bax: Suriyada hava zərbələrindən yüzlərlə dinc sakin həlak olub

Suriyanın bu bölgəsində son vaxtlar baş verən zorakılıqlar onminlərlə insanın didərgin düşməsinə səbəb olub.

Türkiyə 2011-ci ildə Suriya vətəndaş münaqişəsi başlanandan bəri 3, 6 milyon Suriya qaçqınını qəbul edib.

Aprelin sonlarından bəri Suriya hökuməti və oradakı Rusiya hərbiyyəsi Assad rejiminə qarşı döyüşənlərin son istehkamı olan İdlib qəzasını bombardman edir.

Rusiya və Türkiyə Suriya münaqişəsində qarşı duran tərəfləri dəstəkləyirlər.

Rusiya 2015-ci ildə Suriyaya hərbi müdaxilə etməklə qüvvələr balansını Assadın xeyrinə dəyişib.

Müdaxilə başlananada Assadın süququ qaçılmaz idi.