«Formula-1»in ikinci günündə də qəza oldu (Video)

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı F1-də qəza, pilot yarışdan uzaqlaşdı

-

Iyunun 18-i saat 12:00-da Bakıda başlayan GP2 üzrə birinci yarış başa çatıb. ANS-in məlumatına görə, yarış 32 dövrədən ibarət olub.

Yarışın qalibi Antonio Giovinazzi (Prema Racing) olub. İkinci pillədə Sergey Sirotkin (ART Grand Prix) qərarlaşıb. İlk üçlüyü isə Raffaele Marciello (Russian Time) qapayır.

Saat 14:00-da «Formula-1» üzrə üçüncü test, saat 17:00-dan 18:00-a kimi isə «Formula-1»in sıralama turu olmalıdır.

Ancaq «Formula-1» Avropa Qran-prisinin ikinci günü də qəzasız ötüşməyib. GP2 seriyası üzrə birinci yarışda Bakı trekində iki bolid toqquşub. Artem Markelov-un (Russian Time) bolidi Norman Nato-nunku (Racing Engineering) ilə toqquşub. Markelov-un bolidinin təkəri sıradan çıxıb. Pilot yarışdan uzaqlaşmalı olub.

Yarışın ilk günü də qəza baş vermişdi. Nizami küçəsində «Red Bull Racing» komandasının pilotu Daniel Riссardo dönəndə qəzaya düşmüşdü.

«Turan»ın xəbərinə görə, trekin 15-ci döngəsində baş verən hadisə nəticədə onun bolidi zədələnmişdi. Arxa və ön sağ təkərlər sıradan çıxmışdı. D.Riccardo-nun özü isə xəsarət almamışdı..

Sonuncu gün – iyunun 19-da Avropa Qran-pri yarışları və GP2 üzrə 2-ci yürüş gerçəkləşəcək.