ABŞ alqışlayır
Amerika Birləşmiş Ştatlarının (ABŞ ) Azərbaycandakı səfirliyi bu gün, iyulun 6-da Azərbaycan və Ermənistanın son qarşılıqlı addımları ilə bağlı bəyanat yayıb.
"Amerika Birləşmiş Ştatları iyulun 3-də Azərbaycan tərəfindən 15 erməni məhbusun sərbəst buraxılmasını və onların Ermənistana qayıtmasını alqışlayır. Ermənistanın minalardan təmizlənməni asanlaşdıracaq məlumatları Azərbaycanla bölüşmək qərarını da alqışlayırıq", - sənəddə yazılıb.
Sənəddə qeyd edilir ki, bu addımlar iyunun 12-də Azərbaycanın erməni məhbuslarını sərbəst buraxması və Ermənistanın minalardan təmizlənməni asanlaşdırmaq üçün Azərbaycana məlumat vermək qərarından sonra baş verdi: "ABŞ tərəfindən dəstəklənən və Gürcüstanın vasitəçiliyi ilə həyata keçirilən bu təşəbbüs Ermənistan və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün zəmin yaratdı. ABŞ həmçinin, Rusiyanın regional sabitliyi dəstəkləmək səylərini qiymətləndirir".
Açıqlamaya görə, ABŞ bütün tutulanların geri qaytarılması və münaqişə bölgələrinin minalardan effektiv təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi çağırışlarını davam etdirir: "Bölgədəki əməkdaşlığı və həll edilməmiş məsələlərin həllini dəstəkləməyə hazırıq. Biz, həmçinin, Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlara qayıtmağa, münaqişənin hərtərəfli və davamlı siyasi həlli üçün danışıqlar aparmağa çağırırıq".
Qarabağ münaqişəsinin tənzimlənməsində uzun müddət vasitəçi tərəf ATƏT-in Minsk qrupu həmsədrləri olub. ABŞ, Rusiya və Fransa qurumda həmsədrlərdir.
+++
"İyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) bildirir.
Məlumatda mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkür ifadə edilir.
Nazirlik hesab edir ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək, işğaldan azad edilmiş ərazilərdə tikinti, yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək:
"Azərbaycan 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib"
"Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib".
Buna da bax: Jurnalistlər minaya düşüb (video)Azərbaycanın rəsmi qurumları bundan əvvəl dəfələrlə bəyan etmişdilər ki, Ermənistan işğaldan azad edilən ərazilərdəki minaların xəritələrini onlara vermir. Bu üzdən 10 noyabr sazişindən sonra 25 civarında ölkə vətəndaşının mina partlamasından həlak olduğu, 100-dən çoxunun müxtəlif dərəcli xəsarət aldıqları bildirilmişdi.
Amma bir müddət öncə də, Azərbaycanda saxlanan Ermənistan hərbi qullquçularının bir qrupunun təhvil verilməsi əvvəzində Ağdam rayonu istiqamətində mina xəritlərinin rəsmi Bakıya təqdim edildiyi açıqlanmışdı.
Buna da bax: 'Ermənilərin mina xəritələrinə dəyişdirilməsi davam edəcək'Azərbaycanın hakimiyyət orqanları ötən ilin 10 noyabr razılaşmasından sonra təkcə Hadrut meşələrində 60 civarında Ermənistan hərbi qulluqçusunun saxlandığını bəyan etmişdi. Ermənistan onları hərbi əsir sayır və geri qaytarılmasını təlb edirdi. Azərbaycan rəsmiləri isə bildirirdilər ki, onlar 10 noyabr razilşmasından sonra tutulduqlarından hərbi əsir sayila bilməızlər.
Onlardan qalanları indi terrorçuluqda və başqa ağır cinayətlərdəi ttiham edilərək ayri-ayrı qruplar şəkilində mühakimə edilirlər.Yeri gəlmişkən dünən, iyulun 2-də də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qruplardan birində mühakimə olunanlara hökm oxunub. 14 nəfərdən iksi 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edilib.
Buna da bax: AŞPA məruzəçisi erməni əsirlərin buraxılmasını alqışlayırİstintaq zamanı təqsirləndirilən şəxslərə Azərbaycan Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 228 (qanunsuz silah-sursat saxlama), 279 (qanunsuz silahlı birləşmələr yaratma və ya onların tərkibində iştirak edib basqınlar törətmə) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittihamlar verilib.
Lakin dövlət ittihamçısı çıxış edərək digər ittihamlara xitam verilməsini, Ermənistan vətəndaşlarının yalnız 318-ci maddə ilə təqsirli bilinib cəzalandırılmasını təklif edib.Təqsirləndirilən şəxslər isə özlərini təqsirli saymayıblar. Hakim də nəticədə qeyd edilən qərarı bəyan edib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində eyni ittihamlarla müxtəlif qruplarda ümumilikdə 30-a qədər Ermənistan vətəndaşının məhkəməsi davam edir.
Azərbaycan ötən payız 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib.
Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.