Alimlər bu qənaətə gəliblər ki, hamilə qadının bətnindəki uşağı koronavirusa yoluxdurması mümkün olsa da, bu nadir baş verən hadisədir.
Voice of America yazır ki, alimlər bunun səbəbini bildiklərini iddia edirlər.
Məqalədə deyilir ki, bir çox viruslar ciftdən və ya plasentadan keçə və bətndəki dölü yoluxdura bilir və müşahidələr koronavirusun da bəzən bunu edə bildiyini göstərir.
İtaliya alimləri mart və aprel aylarında doğmuş koronaviruslu 31 qadını təhqiq ediblər.
Onlar göbək ciyəsi qanının bir neçə nümunəsində, ciftdə və bir halda isə döş südündə virusun əlamətlərini aşkarlayıblar.
Buna da bax: İnsanın koronavirusa müqaviməti düşünüldüyündən daha güclüdür
Virusun “qırıntıları”
Lakin belə testlər virusun genetik materialının yalnız “qırıntılarını” aşkara çıxarır. Amma bu, virusun bu orqanları yoluxdura bildiyini göstərmir.
Bir halda yenicə doğulmuş körpədə virusun olmasını göstərən ciddi əlamətlər tapılmışdı. Virusun materialı göbək ciyəsinin qanında və ciftdə aşkarlanmışdı.
Başqa bir çağada koronavirusun müəyyən anticismləri aşkar edilmişdi. Anticismlər ciftdən keçə bilmədiyi üçün anadan gələ bilməzdi.
Fransada aparılmış bir araşdırmada dölün bətndə yoluxduğunu göstərən əlamətlər olmuşdu və uşaq doğulanda artıq çox xəstə idi.
Buna da bax: Covid-19 uşaqlar üçün daha az risklidir
Başqa virusların bacardığını koronavirus bacarmır
Lakin Milli Sağlamlıq İnstitutunun apardlığı tədqiqat döllərin asanlıqla yoluxmamasının səbəbini üzə çıxarıb.
Bu ona görədir ki, cift koronavirusun giriş əldə etməsinə lazım olan iki aləti vermir.
Əksinə ciftdə Zika və başqa viruslara giriş verən alətlər var.
Bu da qeyd olunur ki, araşdırmaların çoxu hamilələyin gec mərhələlərində keçirilib.
Bu səbəbdən də virusun hamiləliyin erkən mərhələsində özünü necə apardığı hələki naməlumdur.
Həkimlər bütün bunları nəzərə alaraq hamilə qadınlara başqalarına verilən məsləhəti verirlər: ictimai yerlərdə maska taxın, əllərinizi tez-tez yuyun və başqaları ilə azı iki metr məsafə saxlayın.