►İranda islahatçılar iki yol ayırıcında: Seçkiyə qatılmaq, yoxsa boykot etmək?
Fevralın 26-da İranda iki mühüm seçki keçiriləcək.
Bunlardan biri parlamentə - Məclisə seçkilərdir. Digəri isə Ali dini liderə məsləhət verən Mütəxəssislər Şurasına seçkilər.
Səsvermə mötədil prezident Həsən Rohaninin tərəfdarları ilə islahatlara, xüsusən də ölkənin xarici aləmə açılmasına qarşı olan mühafizəkarları üz-üzə qoyub.
İslahat tərəfdarları parlament seçkilərini Rohaninin 2013-cü ildə qələbə qazanmasından sonra "ikinci mərhələ" hesab edirlər. Nüvə razılaşmasından sonra populyarlığı artmaqda olan Rohaninin birinci prezidentlik müddəti gələn il başa çatır. Üzümüzə gələn parlament seçkiləri növbəti prezident seçkilərindən əvvəl onun üçün sınaq olacaq.
12000 nəfərə rədd cavabı
İranda çox nüfuzlu bir qurum olan və əsasən sərt xətt tərəfdarlarından ibarət olan Konstitusiya Mühafizləri Şurası parlament seçkilərinə qatılmaq istəyən 12000-ə qədər şəxsə "yox" deyib.
Onların çoxu molla rejiminə sadiqliyi şübhəli doğuran islahat tərəfdarlarıdır.
Ərizəsi rədd olunanlar arasında görkəmli fiqurlar da var. İndi Məclisdəki 290 yer üçün təxminən 6200 namizəd mübarizə aparacaq. Rohaninin bir tərəfdarı deyib ki, 3000 islahatçıdan yaınız 33-nün namizədliyi qeydə alınıb. Ölkənin Ali Dini Lideri Əli Xameneyi iranlıları "ölkənin beynəlxalq nüfuzu naminə" səs verməyə çağırıb. O, insanları "düşmənlərin istəyinin əleyhinə hərəkət etməyə" səsləyib.
İslahatçıların bir hissəsi tərəfdarlarını səsvermədə iştirak etməyə çağırır. Onlar iddia edirlər ki, əgər seçki onlar tərəfindən boykot olunarsa, bu, ifrat mühafizəkarların işinə yarayar. Çünki mühafizəkarların tərəfdarları adətən seçkidə fəallıq nümayiş etdirirlər. Onlar nümunə kimi 2005-ci ilin prezident seçkilərində Mahmud Əhmədinejadın qələbəsini və 2004-cü ilin parlament seçkilərində mühafizəkarların və radikalların parlamentdə yerlərin çoxunu qazanmasını göstərirlər. O zaman islahatçılar çox sayda namizədlərinin seçkiyə buraxılmaması səbəbindən səsverməni boykot etmişdilər.
____________________________________________________________
Bunlara da bax:
Baba Rauf Mirqədirova anası hələ də "uşağım" deyir
Azərbaycanın ilk müdafiə nazirinin məzarı tapıldı
_____________________________________________________________
"Cəmiyyətlə əlaqəsini itirmiş qurum"
Keçmiş prezident və vaxtilə Mütəxəssislər Şurasının rəhbəri olmuş, 2009-ci ildə mübahisə doğurmuş prezident seçkilərinin ardınca müxalifətlə ittifaqa girmiş Ali Akbar Hashemi Rafsanjani iranlıları seçki məntəqələrində "radikallara ultimatum verməyə" dəvət edib.
İslahat tərəfdarı olan müxaliflərin seçkidə fəal iştirakı parlamentdə radikalların hakimiyyətini laxlada bilər. Bir çox iranlı üçün Mütəxəssislər Şurası qocalardan ibarət olan, cəmiyyətlə əlaqəsini itirmiş bir qurumdur.
Konstitusiyaya görə, vəzifəsi ali liderin işinə nəzarət etmək olsa da, hələ onun Xameneyini tənqid etdiyini görən olmayıb. Ancaq bu qurum Xameneyinin yaxın səkkiz il ərzində öləcəyi, yaxud idarəetmə qabiliyyətini itirəcəyi təqdirdə onun varisinin müəyyən edilməsində əsas rolu oynayacaq. Rəfsəncani və islahatçı kimi tanınan keçmiş prezident Xatəmi bu ay seçiciləri islahatçıların dəstəklədiyi "ümid siyahısındakı" 16 namizədi dəstəkləməyə çağırıblar. Bu çağırış zamanı Xatəmi İctimaiyyətə görünüb ki, bu da nadir hadisədir.
Mediaya çıxışı rəsmi olaraq qadağan edilmiş 72 yaşlı keçmiş prezident xalqa Youtube vasitəsilə müraciət edib.
"Xahiş edirik siyahıdakı bütün adlara səs verəsiniz. Gəlin, Cənnətini (ifrat mühafizəkar xadimlərdən biri) Mütəxəssislər Şurasından birdəfəlik çıxaraq. Növbəti Şura seçkisi səkkiz ildən sonradır. O vaxta qədər Cənnəti inşallah ki, həyatda olmaz," deyə bir Facebook istifadəçisi yazıb.
Bir qadın istifadəçi isə sosial mediada 26 fevral səsverməsi barədə müzakirədə belə yazıb: "Mən heç vaxt səs verməmişəm. Amma hərdən mən özümə deyirəm ki, əgər mən və mənim kimi çoxları, məsələn, Əhmədinejadın hakimiyyətə gəldiyi 2005-ci il seçkilərində iştirak etsəydik, bəlkə də İran indi daha yaxşı yer olardı."
Buna da bax...
Sizin brauzer HTML5-i dəstəkləmir