İsrailin baş naziri Naftali Bennett körpəz dövlətlərinin liderləri ilə görüşmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk tarixi səfərini edib.
Bu, ABŞ-ın vasitəçiliyi ilə İsrail-Əmirlik münasibətlərinin ötən il “İbrahim Razılaşması” ("Abraham Accords") adlanan sazişlə rəsmiləşdirilməsindən bəri ən yüksək səviyyəli qarşılıqlı səfərdir.
Səfər dünya güclərinin İranla 6 illik nüvə sazişini yenidən canlandırmağa çalışdığı gərgin diplomatiya fonunda baş verir.
Beləki bu danışıqlar 2018-ci ildə ABŞ-ın həmin sazişdən çıxması və İrana qarşı yeni sanksiyaların tətbiqindən sonra xeyli çətinləşib. İsrail qəti şəkildə nüvə sazişinə qarşıdır.
Buna da bax: İranın nüvə danışıqlarına təklifləri Qərbi ‘məyus və nigaran’ edibİsrail ilə BƏƏ uzun müddət təhlükəsizlik sahəsində gizli əməkdaşlıq ediblər. Açıq diplomatik münasibətlər yalnız 2020-ci ilin sentyabrında rəsmiləşdirilib.
Bəhreynin də daxil olduğu “İbrahim Razılaşması”ndan əvvəl ərəb dövlətləri arasında yalnız Misir və İordaniyanın İsraillə diplomatik əlaqələri olub.
Buna da bax: Fransa İrana 15 milyard dollar kredit verilməsini istəyir. ABŞ razılaşsa…