Lavrov yenə gəlir...

-

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən Bakıya gəlir.

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

ANSPRESS-in xəbrinə görə, M.Zaxarova səfərin bu həftə sonuna planlaşdırıldığını qeyd edib. S. Lavrov regiona səfəri çərçivəsində Ermənistana da gedəcək.

"Yaxın saatlarda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında yeni təmaslar barədə məlumat ola bilər. Təmaslar dayanmayıb. Düşünürəm ki, bu gün - bir neçə saata daha birinin anonsunu verə bilərik" - deyə Zaxarova bildirib.

Sergey Lavrov Azərbaycana sonuncu dəfə aprelin 6-də gəlib. O, səfər çərçivəsində prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirmişdi.

Sergey Lavrov İlham Əliyevlə görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzəkirə etmişdi.

Rusiya xarici siyasət idarəsinin rəhbəri onda, ölkəsinin bu münaqişə ilə bağlı təkliflərinin də olduğunu dilə gətirmişdi.

Buna da bax: Serj Sarkisian Qarabağa gedib

Sizin brauzer HTML5-i dəstəkləmir

Serj Sarkisian Qarabağa gedib