Monteneqro 'qızıl pasport'dan aylardır imtina etsə də, hələ yüzlərlə belə pasport var

Monteneqro

Monteneqro Avropa İttifaqının (Aİ) basqısıyla “ödə, pasport al” adlı ziddiyyətli proqramını qapadıb.


Proqramı yönəldən Monteneqro İnvestisiya Agentliyi (MİA) AzadlıqRadiosu-nun Balkan Xidmətinə bildirib ki, 2019-cu ildən bu ilin sonunadək belə pasportları almağa yönəlik min 100 müraciətdən 413-ü indi baxılma mərhələsindədir.


AzadlıqRadiosu-nun Balkan xidmətinin əməkdaşı Miloş Rudoviçin məqaləsində deyilir ki, Monteneqro yatırım yoluyla vətəndaşlıq proqramını ötən ilin dekabrında dayandırıb. Buna səbəb Aİ-nin proqramdan sui-istifadə hallarının mümkünlüyü barədə çoxsaylı xəbərdarlığı olub. Nisbətən yaxın dövrlərdə bu risklərə daha biri əlavə edilib: dayandırılmasaydı, proqram Rusiya vətəndaşlarına beynəlxalq cəzalardan qaçmaq imkanı verə bilərdi.

Buna da bax: Rusiyalılara 12 min dollara Qırğızıstan vətəndaşlığı təklif olunur

Yüz müraciətdən 484-nə müsbət cavab verilib

MİA bildirib ki, min 100 müraciətdən 484-nə müsbət cavab verilib. Bu şəxslər 124 ölkəyə vizasız səyahət etmək imkanı verən Monteneqro pasportu ala biliblər. Proqrama üz tutanların çoxu Rusiya və Çin vətəndaşlarıdır.

Ekspertlər deyirlər ki, dünyada 15-ə yaxın ölkə hər il yeni vətəndaşlarına 50 min pasport verir. Onlar bu fenomeni “vətəndaşlıq industriyası” adlandırmağa başlayıblar. On və yüz minlərlə dollarlıq investisiya qoyaraq, yeni vətəndaşlıq almağa çalışan adamlar çox zaman rahat səyahət və biznes imkanları, eləcə də əlverişli vergi şərtləri qazanmaq üçün belə davranırlar. Aralarında öz vətənində dövlət və hökumət nəzarətindən yayınmağa çalışanlar da olur.

London İqtisadiyyat Məktəbinin siyasi sosiologiyadan dərs deyən professoru, “Golden Passports: Global Mobility For Millionaires” (“Qızıl pasportlar: milyonçular üçün qlobal mobillik”) kitabının müəllifi Kristin Surak bunu “ildə 4 milyard dollar gəlir gətirən qlobal industriya” adlandırır.

O deyir ki, pasport bazarı Monteneqro kimi dövlətlər üçün “çox asan qazanc qaynağıdır”.

Professor deyir ki, cəmi 620 min vətəndaşı və yalnız turizm, enerji və kənd təsərrüfatı ilə məhdudlaşan dar vergi bazası olan Monteneqro hökumətinin ölkəyə investisiya cəlb etmək üçün pasport proqramına əl atması təbiidir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanda sığorta problemi: Sənədsiz evlərə cərimə tətbiq olunacaq?

Ən azı, 250 min avro sərmayə qoymaq gərəkirdi

Onun sözlərinə görə, ökənin Aİ-nin sərhədində yerləşməsi və yeni üzv olma potensialı “Monteneqro vətəndaşlığını Avropa” vətəndaşlığına çevirə bilər.

Monteneqronun sərmayə müqabilində vətəndaşlıq proqramına üz tutanlardan Monteneqroda, ən azı, 250 min avro (271 min dollar) investisiya qoymaları tələb edilirdi. Yatırımlar, əsasən, bu ölkədə qısamüddətli kirayə üçün nəzərdə tutulan daşınmaz əmlak və otellərin satın alınmasından ibarət idi.

Monteneqro rəsmiləri proqramın ölkəyə 300 milyon avroyadək sərmayə və 100 milyon avroyadək büdcə gəliri gətirdiyini bildirirlər.

Ancaq Aİ dəfələrlə Monteneqronu özünün “zidddiyyətli” adlandırdığı bu proqramla bağlı xəbərdar edib və bu sxemdə Rusiya yatırımlarının oynadığı əsas rolu vurğulayıb.

Avropa Komissiyası Monteneqroya dair son hesabatında pulyuma, vergidən yayınma, korrupsiya, mütəşəkkil cinayətkarlıq və terrorçuluğun maliyyələşdirilməsi kimi güvənlik risklərini sadalayıb.

Hələ də yüzlərlə müraciətin baxılma mərhələsində olması Miloyko Spayiçin rəhbərliyi ilə yeni hökumətə güvəni azalda bilər.

Dritan Abazoviçin rəhbərlik etdiyi bundan öncəki hökumət fevralda sözügedən proqramı ləğv etdiyini açıqlamışdı.

Buna da bax: Şengen vizasını internetdən almaq mümkün olacaq

Monteneqro Aİ-yə namizədlər arasında öndə gedir

Monteneqronun Avropa İşləri Nazirliyi bildirmişdi ki, proqram "Avropa Komissiyasının tövsiyələrinə uyğun olaraq, 2022-ci il dekabrın 31-də rəsmən tamamlanıb”.

Monteneqro Aİ üzvlüyünə namizədlər sırasında ən öndə olan ölkələr arasındadır və 2017-ci ildən bəri NATO-nun da üzvüdür.

Bəzi ölkələr, o cümlədən Aİ-nin bütün üzvləri Rusiyanın Ukraynaya hücumundan bəri öz qapılarını Rusiya vətəndaşlarının üzünə qapadıb.

Belə pasport müraciətlərinin hələ də qalması Brüsseldə Monteneqroya qarşı inamsızlığı artıra bilər. Üstəlik, bu yaxınlarda Monteneqronun Rusiyaya məxsus aktivləri müsadirə etmədiyi də üzə çıxıb.

Rəsmi Podqoritsa Rusiyanın Ukraynada apardığı müharibənin ilk dövrlərində 34 Rusiya vətəndaşına məxsus 44 əmlakı müsadirə etməyə hazırlaşdığını bildirmişdi. AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, hökumət təkcə Aİ-nin sanksiya siyahısında olan bir Rusiya vətəndaşına aid bir mənzil və bir anbardan başqa heç nəyi müsadirə etməyib.


Proqram dayandırılmadan öncəki 400-dən çox müraciətə baxmaq üçün ayrıca qərarvermə zənciri yaradılıb. Bura investisiyaların qanuni qaynaqlardan gəlməsinin xüsusi agent tərəfindən təsdiqi də daxildir. Agent müraciətçinin keçmişinin təmiz, reputasiyasının yaxşı olduğunu, özünün də beynəlxalq hüquq mühafizə qurumları, yaxud Beynəlxalq Cinayət Məhkəməsinin axtarış siyahısında olmadığını yoxlayıb təsdiqləməlidir.

Buna da bax: Lukaşenkanın opponentləri üçün pasport tələsi


Bəzi Rusiya vətəndaşlarının müraciətləri xarici şirkətlərinin yoxlamasından keçsə də…

Kanada şirkətinin xidmətlərindən yararlanır. “Çox az ölkənin dolğun yoxlamanı təkbaşına aparmaq imkanı var, özəlliklə sakinlərinin sayı bir milyondan az olan cırtdan dövlətsənsə”, - Surak deyir.

Daxili İşlər Nazirliyinin bir sənədinə görə, bəzi Rusiya vətəndaşlarının müraciətləri xarici şirkətlərinin yoxlamasından keçsə də, güvənlik məsələlərinə görə Monteneqro hökuməti tərəfindən rədd edilib.

Rusiya vətəndaşlarının ölkədə daşınmaz əmlaka sahib olması həssas məsələdir. Monteneqronun torpaq qeydiyyat sistemindəki məlumata görə, ötən il ölkədə təxminən 19 min mənzil və digər növ daşınmaz əmlak Rusiya vətəndaşlarına məxsus olub.