Sentyabrın 27-də Qarabağ və ətraf bölgələrdə hərbi əməliyyatlar başladı.
Bundan bir gün sonra isə Azərbaycan prezidentinin fərmanı ilə ölkədə hərbi vəziyyət və komendant saatı tətbiq olundu. Üstəlik, internet də məhdudlşdırıldı.
Lakin müharibənin son günləri, ardıcıl qələbə xəbərləri gəldikcə Azərbaycanda hərbi vəziyyətin və komendant saatının tələblərinə baxmayaraq küçə yürüşləri keçirildi. Hüquq-mühavizə orqanları hər hansi əks-tədbir görmədi, insanlara sevinclərini ifadə etmələri üçün şərait yaradıldı.
Bu ara insanlar VPN xidmət və başqa proqramlardan da istifadə etməklə internetdən yararlanmağa davam etdilər.
Noyabrın 10-da isə Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından atəşkəs bəyanatı yayıldı. Bununla da Dağlıq Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dayandırıldı. Amma hərbi vəziyyət və onun qadağaları qalmaqdadır.
Buna da bax: Paşinyan: Sənəd torpaqları... qorumaqdan ötrü imzalanıb
“Ölkədə hərbi vəziyyətin uzadılmasına heç bir əsas yoxdur...”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli AzadlıqRadiosuna bildirib ki, müharibə başa çatdıqdan sonra sadalanan qadağaların qüvvədə saxlanılması öz mənasını itirib.
“Hökumət sosial şəbəkələrin bloklanmasını dərhal aradan qaldırmalıdır. Ölkədə hərbi vəziyyətin uzadılmasına heç bir əsas yoxdur...”
“Sosial şəbəkələra qadağa götürülməlidir”
Müsavat Partiyasının başqanı Arif Hacılı da bu həftənin sonuna qədər hərbi vəziyyətin ləğv olunmasını zəruri hesab edir:
Buna da bax: Yerevanda polis etirazçılarla toqquşub
“Sosial şəbəkələrə qadağa götürülməlidir...”
Politoloq Əhməd Əlili isə hesab edir ki, Ermənistanda əmin-amanlıq bərpa olunmayana qədər, onlar böhrandan çıxmayacaqlar.
Onun fikrincə, nə qədər ki, təhdid və terror təhlükəsi qalır, ölkədə müvafiq qurumlar təhlükəsizliyin qorunmasında maraqlı olmalıdırlar.
Ancaq o da hesab edir ki, internetə məhdudiyyətlər aradan qaldırılmalıdır ki, cəmiyyət Qarabağ hadisələri ətrafında gedən prosesləri müzakirə edə bilsin.
Nazirlər Kabinetindən cavab: “Məlumatı yoxdur”
Amma Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədli isə Turan agentliyinin bu məsələlərlə bağlı sualına cavabında bildirib ki, hərbi vəziyyətin ləğv edilməsi vaxtı və sosial şəbəkələrə məhdudiyyətlərin götürülməsi barədə onun məlumatı yoxdur.
Ölkə parlamentindəki hakim çoxlugun (Yeni Azərbaycan Partiyasının üzvləri və onların mövqeyindən çıxış edənlər) təmsilçiləri isə, hələlik, hərbi vəziyyətinin götürülməsi ilə bağlı təkliflərə müsbət yanaşmırlar.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Azərbaycan açıqlayıb ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının adından atəşkəs bəyanatı yayılıb.
Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.