Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:05

Paşinyan: Sənəd torpaqları... qorumaqdan ötrü imzalanıb


Nikol Paşinyan
Nikol Paşinyan

Paşinyanın sözlərinə görə, Azərbaycan və Rusiya ilə imzalanmış atəşkəs razılaşması ərazilərin təhvil verilməsi deyil, onların qorunması barədədir

Atəşkəs razılaşması imzalananda Şuşa artıq alınmışdı, Stepanakertə (Xankəndi) birbaşa təhdid, resurslarda isə kifayət qədər problem vardı. Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook”da birbaşa yayımda bu haqda danışıb.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya ilə imzalanmış atəşkəs razılaşması ərazilərin təhvil verilməsi deyil, onların qorunması barədədir.

“Sizə çox təəccüblü gəlməsin...”

“Mənim adıma yazılan ən böyük günah odur ki, bu sənəddə Azərbaycana Ağdam, Laçın və Kəlbəcər rayonlarını verməyə razılaşmışam. Əslində isə, sizə çox təəccüblü gəlməsin, bu məqam ərazilərin təhvil verilməsi deyil, onların qorunması barədədir. Çünki sənəd elə bir məqamda imzalanıb ki, Şuşi (Şuşa) artıq süqut etmişdi, Silahlı Qüvvələrin Baş Qərargahı isə mənə məruzə etmişdi ki, yumşaq desək, yetərincə problemli vəziyyətdədir. Artsaxın (ermənilər Qarabağa belə deyirlər) siyasi rəhbərliyi də bu fikirdədir”, – baş nazir vurğulayıb.

“Həmin məqamda bu sənəd imzalanmasaydı, hansı perspektivlər yaranacaqdı? Əslində, bu sənəd, hərbi və qeyri-hərbi dəyərləndirməyə görə, bu vəziyyətdə qoruyub saxlaya bilməyəcəyimizi bizə verdi”, – o deyib.

Paşinyanın sözlərinə görə, hərbi əməliyyatlar davam edəcəyi halda, qarşı tərəfin Martuni (Xocavənd), Stepanakert və Əsgəranı tutacağı ehtimalı böyük idi. Bundan sonra minlərlə erməni əsgəri mühasirəyə düşəcəkdi, tam iflas baş verəcəkdi.

“Həmin məqamda Stepanakertə birbaşa təhdid vardı. Artsax Silahlı Qüvvələrinin Baş qərargahının dəyərləndirməsinə görə, Stepanakert çox zəif və simvolik qüvvə ilə qorunur. Stepanakert tutulsaydı, minlərlə əsgərimiz mühasirədə qalacaqdı, bu sənədlə möhkəmləndirilən əraziləri də itirəcəkdik. Həqiqət budur”, – Baş nazir vurğulayıb.

Şuşaya iki dəfə əks-hücum olub

Şuşanın alınmasına gəlincə, Paşinyan deyib ki, şəhərin süqutundan sonra onu getri qaytarmaq üçün iki dəfə cəhd olunub. Cəhdlərin biri alınmayıb, ikinci dəfə bir dəstə Şuşaya girə bilib. “Ziddiyyətli informasiyalar da “döyüşlərin davam etməsi” ilə bağlı olub, amma kimin nəzarəti altında... bununla bağlı idi”.

Paşinyan noyabrın 10-da deyirdi ki, Ermənistan ordusu sülhə nail olmağın zəruriliyi məsələsində dəfələrlə israr etdikdən sonra sözügedən sənədi imzalamaq qərarı verilib.

Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın alındığını noyabrın 8-də elan edib.

Noyabrın 10-da açıqlanmış atəşkəs razılaşması Ermənistanda narazılıqla qarşılanıb. Prezident Əliyev bu razılaşmanı Ermənistanın “kapitulyasiyası” adlandırıb. Müxalifət partiyaları Paşinyanın istefasını tələb edirlər və noyabrın 11-nə etiraz aksiyası təyin olunub.

Atəşkəs bəyanatına görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

XS
SM
MD
LG