Prezident Nardarana 17 milyon ayırdı

Nardaran

-

Prezident İlham Əliyev Nardaran qəsəbəsində yol tikintisinə 17.4 milyon manat ayırıb.

Ölkə başçısı bununla bağlı martın 2-də sərəncam imzalayıb.

Sərəncama əsasən Nardarandakı daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsinin avtomobil yolları məqsədli fondundan 17,4 milyon manat ayrılacaq.

Sərəncamın icrası Maliyyə Nazirliyinə və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib.

Prezident ötən il dekabrın 11-də də, Nardaranda yenidən qurma işlərinə görə, 12 milyon manat vəsait ayırmışdı.

Martın 2-də o da bildirilib ki, qəsəbənin hasarlarına, evlərin divarlarına dini şüar yazmaqda şübhəli sayılan 7 nəfər saxlanıb.

Bir neçə ay əvvəl hökumət qüvvələri qəsəbədə xüsusi əməliyyat keçiriblər. Qəsəbədə polis idarəsi tikilərək istifadəyə verilib.

Buna da bax: Nardarandan son görüntülər

Nardarandan son görüntülər. Silinən və qalan şüarlar

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________