Rusiya 13 ölkə ilə uçuşları bərpa edə bilər. Azərbaycan siyahıda yoxdur

Rusiyanın Rospotrebnadzor dövlət qurumu Nəqliyyat Nazirliyinə və Rosaviasiya idarəsinə 13 ölkə ilə hava nəqliyyatını bərpa etməyi təklif edib.

Bu barədə iyulun 8-də Rusiyanın The Bell və RBK xəbər agentlikləri məlumat veriblər.

Bu agentliklərin tanış olduğu rəsmi məktub Rospotrebnadzorun sədr müavini Mikhail Orlov tərəfindən imzalanıb.

Məktubda bildirlir ki, ilkin mərhələdə Briyaniya, Macarıstan, Almaniya, Danimarka, İtaliya, Niderland, Norveç, Polşa və Finlandiya ilə təyyarə uçuşlarının bərpa olunması təklif edilir.

Bununla yanaşı Vyetnam, Monqolustan, Çin və Şri Lanka ilə də uçuşlar bərpa oluna bilər.

RBK qeyd edir ki, bu siyahı müəyyən suallar doğurur, münki burada daha böyük sərnişin həcmləri olan Ermənsitan, Azərbaycan, Belarus, Özbəkistan və Tacikistanın adı yoxdur.

Siyahıya rusiyalı sərnişinləri qıəbul etməyə hazır olduqlarını özləri bildirən Türkiyə və Misir də daxil edilməyib.

Buna da bax: Rusiya xarici uçuşlara qadağanı avqustun 1-dək uzadır

Uçmaq indi də mümkündür

İyulun əvvəllərində RBK və TASS adları çəkilməyən mənbələrə istinadən bildirirdilər ki, Rusiya iyulun 15-dən 15 ölkə ilə uçuşları aça bilər.

TASS dəqiqləşdirirdi ki, uçuşların iki mərhələdə bərpa edilməsini iyulun 6-da, koronavirusla mübarizə Operativ Qərargahı təklif etmişdi.

Hazırda Rusiyadan adı çəkilən ölkələrə yalnız şəxsi və ya çarter təyyarələri ilə uçmaq olar. Belə reysləri xaricdə ilişib qalan rusiyalı turistlər və tələbələr üçün təşkil edirlər.

AzadlqıRadiosunun Rus xidməti yazır ki, Aeroflot öz təyyarələrinin boş uçmaması üçün bir tərəfə biletlər satır.

Məsələn Paris və Londona həftədə iki dəfə belə reyslərlə uçmaq mümkündür.

İyunun 30-da məlum olmuşdu ki, iyulun 1-dən sərhədlərini açan Avropa İttifaqı Rusiyanı 14 ölkədən ibarət ilkin siyahıya daxil etməyib.

Avropa İttifaqı Şengen zonasına yalnız Əlcəzair, Avstraliya, Kanada, Gürcüstan, Yaponiya, Monteneqro, Mərakeş, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tayland, Tunis və Uruqvay vətəndaşlarının səfərlərinə icazə vermişdi.