Rusiya zənginləri Avropadakı sərvətlərini 'qorxa-qorxa' Rusiyaya gətirmək istəyirlər

Rolf avtodiler şirkəti tezliklə milliləşdiriləcək

Rusiyanın Avropa ölkələrində biznes və aktivləri olan zənginləri sərvətlərini Rusiyaya və ya Birləşmiş Ərəb Əmirlikləri kimi “dost ölkələrə” köçürməyə çalışırlar.

Bloomberg yazır ki, bununla belə onların bir çoxu Rusiyada bizneslərinin milliləşdirilməsindən narahatdırlar və özlərini “havada qalmış” kimi hiss edirlər.

Bloomberg bildirir ki, o anonimlik şərti ilə biznes və aktivlərini artıq Rusiyaya köçürmüş biznesmenlərlə söhbət edib.

Buna da bax: Çin lideri Rusiyaya görə tənqidləri rədd edir

"Yeni həyat"

İki milyarder agentliyə deyiblər ki, onlar sanksiya şəraitində yalnız Rusiyada biznes fəaliyyəti ilə məşğul ola bilərlər və sərvətlərinin milliləşdirilə biləcəyi barədə düşünməməyə çalışırlar.

Sanskiya siyahısına düşmüş başqa bir biznesmen isə deyib ki, o biznesini necə yenidən quracağını bilmir, amma ailəsi ilə birlikdə Rusiyada “yeni həyata” başlamağa çalışacaq.

Bloomberg yazır ki, Rusiya zənginlərini ciddi narahat edən məsələlərdən biri də Rusiya hərbi iqtisadiyyatının qeyri-sabitliyi şəraitində biznes və itki riskləridir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Nyu-Yorkdakı azərbaycanlı sahibkar: 'Dövlət şərait yaradır ki, biznes inkişaf etsin'

Putin söz versə də...

Agentliyin yazdığına görə Vladimir Putin Rusiyada özəl şirkətlərin milliləşdirilməsinin planlaşdırılmadığını desə də, mümkün müsadirənin perspektivləri hakimiyyətə loyal münasibətdən asılı olacaq.

Bundan əvvəl “Novaya qazeta Yevropa” yazırdı ki, Ukraynaya müdaxilədən sonra Rusiyada özəl şirkətlərin ucdantutma milliləşdirilməsi geniş vüsət alıb.

Qəzetin yazdığına görə milliləşdirmə üçün dövlət tərəfindən qaldırılan iddialar müharibədən əvvəlki 2021-ci illə müqayisədə 9 dəfə artıb.

Bu da qeyd olunur ki, artıq bir sıra özəl şirkətlərə qarşı milliləşdirmə iddiaları qaldırılıb.

Bunlar “Rolf” avtodiler firması, nəhəng makaron istehsalçısı Makfa, Çelyabinskdəki elektrometallurgiya kombinatı, habelə Carlsberg pivəsini istehsal edən Niderland şirkətidir.