Konqresdə Trump-a impicment cəhdi baş tutmayıb

ABŞ prezidenti Donald Trump, 10 iyul, 2019.

Texasdan olan demokrat konqresmen Al Grin-in prezident Donald Trump-a qarşı impicment məsələsi qaldırmaq cəhdi alınmayıb.

Nümayəndələr palatasında keçirilən səsvermədə demokrat deputatlar Respublikaçı həmkarları ilə birlikdə qətnamənin əleyhinə səs veriblər.

Palatanın qaydalarına görə müəyyən vəziyyətlərdə 1 deputat da impicment məsələsi qaldıra bilər.

Məlumata görə Qrin bunu, son günlər Trump-ın tvit-ləri ətrafında yaranmış qalma-qala görə edib.

Nümayəndələr palatası iyulun 16-da həmin tvit-lərə görə ittiham edən qətnamə qəbul edib.

Bir çox konqresmen Trump-ın yazdıqlarını irqçilik sayır.

Buna da bax: Nümayəndələr palatası Trump-ı pisləyən qətnamə qəbul edib

Qeyd edək ki, Donald Trump iyulun 14-də özünün Tvitter səhifəsində Konqresin bir neçə qadın üzvünü, ABŞ administrasiyasına necə işləməyi göstərməkdənsə, əslən olduqları, gəldikləri ölkələrdə korrupsiya ilə mübarizə aparmağı məsləhət görüb.

Amma məsələ burasındadır ki, bu qadın deputatlardan 3-ü ABŞ-da doğulub.

Qətnamənin demokratların çoxluq təşkil etdiyi Nümayəndələr palatasında keçməməsinə gəldikdə isə palatanın sədri Nensi Pelosi hesab edir ki, buna yaxşı hazırlaşmaq və güclü ictimai dəstək lazımdır.