ABŞ-ın Hesablama palatası deyir ki, Ağ ev Ukraynaya hərbi yardımı dayandırmaqla qanunu pozub

ABŞ prezidenti Donald Trump 13 yanvar, January 2020, Ağ ev

“Ağ ev Konqresin razılığı olmadan Ukraynaya 214 milyon dollarlıq hərbi yardımı dayandırmaqla qanunu pozub”.

AzadlıqRadiosu Rusiya xidmətinin məlumatına görə, bu barədə ABŞ-ın Hesablama palatasının yaydığı nəlumatda bildirilir.

ABŞ-ın kütləvi informasiya vasitələri ötən il avqustun sonlarında , prezident Donald Trump-ın Ukraynaya hərbi yardımın dayandırılmasına baxılması ilə bağlı göstərişi barədə yazırdılar.

Orda göstərilirdi ki, Trump əmin olmaq istəyir ki, Ukraynaya ayrılan hərbi yardımdan daha yaxşı istifadə olunur.

Vaşinqton sentyabrın ortalarında Kiyevə yardım paketini açdı.

Soradan belə bir məlumat peyda oldu ki, Ukraynaya vəsait ayrılmasının gecikdirilməsi, ABŞ-da seçkiyə müdaxilə ilə bağlı istintaqla bağlı ola bilər.

Konqresdəki Demokratlar hesab edirlər ki, Trump bununla siyasi rəqibi Jho Biden-lə bağlı istintaq aparılmasına nail olmaq üçün Kiyevə təzyiq göstərib.

Qeyd edək ki, bu, prezidentə qarşı impicment məsələsinin qaldırılmasında səbəblərdən biridir.

Trump bütün ittihamları rədd edir.

Buna da bax: Rusiyalı hakerlər Biden-lərlə bağlı olmuş şirkətin serverlərini sındırıblar