Gələn aydan Türkiyə ilə Ermənistan arasında uçuşlar bərpa olunacaq. Bu haqda Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Hazırda iki ölkə uzun illər çəkən ədavətdən sonra ikitərəfli münasibətləri normallaşdırmağı hədəfləyən müzakirələri davam etdirirlər.
Buna da bax: Yerevanla Ankara danışıqları ilkin şərtsiz davam etdirməyə razılaşıblarYanvarın 19-da Türkiyənin “Pegasus Airlines” büdcə aviaşirkəti bildirib ki, İstanbulla Yerevan arasında həftəyə üç uçuş həyata keçiriləcək. “Fly One Armenia” isə Yerevanla İstanbul arasında üç uçuş planlaşdırır.
“Əldə olunan razılaşmaya görə, ilk uçuşlar qarşılıqlı olaraq fevralın 2-də başlanacaq”, – nazirlik bildirib.
Buna da bax: Lirə möhkəmlənir, inflyasiya pikə gedir – Qərb mediasıMüzakirələr davam edəcək
Ötən həftə Moskvada münasibətlərin yenilənməsi üzrə danışıqların birinci raundu keçirilib. Tərəflər ilk görüşdən sonra gələcək müzakirələrin planlaşdırıldığını açıqlayıblar.
Ermənistanla Türkiyənin münasibətləri 1915-ci ildə Osmanlı imperiyası dövründə ermənilərin kütləvi öldürülməsi ilə bağlı mürəkkəb olub.
Buna da bax: Sorğu: Erdoğanın və partiyasının dəstəyi azalırAmma Dağlıq Qarabağdakı erməni separatçılarla Azərbaycan arasında münaqişə Ankarayla Yerevanın əlaqələrini daha da pisləşdirib. 1993-cü ildə Türkiyə Ermənistanla sərhədi bağlayıb.
Azərbaycanla 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qarabağda ermənilərin yaşadıqları ərazilərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.