Xameneyinin əliylə yoxsulluq həddini çəkən qəzet qapadılıb

Tehranda mətbuat və xəbər agentlikləri festivalı, arxiv fotosu

İndiyədək Mətbuata Nəzarət Şurası bir neçə nəşrin pozuntulara yol  verdiyini deyərək onların lisenziyasını ləğv edib

İranın Mətbuata Nəzarət Şurası Ali dini lider Əli Xameneyinin ölkədə yoxsulluğun artmasında rolunu göstərən qəzeti qapadıb.

Şuranın rəhbəri Ələddin Zuhuryan noyabrın 8-də IRNA rəsmi xəbər agentliyinə deyib ki, şura üzvləri “Kilid” qəzetinin lisenziyasını ləğv etmək qərarını veriblər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Iranda pandemiyanın yeni dalğası başlayıb

Ön səhifədəki şəkil

Zuhuryan bu qərarın daimi, yaxud müvəqqəti olduğunu açıqlamayıb. O, bu hərəkətə hər hansı səbəb göstərməyib.

İranın dövlət televiziyasına bağlı “Gənc Jurnalistlər Klubu” adlı xəbər saytı noyabrın 7-də yazıb ki, qəzet bir gün öncəki ön səhifəsinə görə təhqiqata məruz qalıb. Səhifədəki qrafikdə Xameneyinin əlinin yoxsulluq həddini çəkdiyi göstərilir.

“Milyonlarla ev yoxsulluq həddindən aşağıda qalır”, – qəzet yazıb.

Qatı islam respublikası olan İranda Xameneyini tənqid etmək qırmızı xətti keçmək deməkdir.

Buna da bax: İranla nüvə danışıqları noyabrın 29-da bərpa olunacaq

27-ci maddə

İranın Mətbuat Qanununun 27-ci maddəsində deyilir ki, İran İslam Respublikasının liderini tənqid edən nəşrin lisenziyası ləğv ediləcək, onun meneceri və məqalə müəllifi məhkəmə qarşısına çıxarılaraq cəzalandırılacaq.

İndiyədək Mətbuata Nəzarət Şurası bir neçə nəşrin pozuntulara yol verdiyini deyərək onların lisenziyasını ləğv edib.

2012-ci ildə ABŞ Xəzinədarlığı şuranı senzura fəaliyyətinə görə sanksiya siyahısına salıb.

İran Sərhədsiz Reportyorlar Təşkilatının 2021-ci il Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə içində 174-cüdür.