Kimberli Çitl tənqidlərə cavab olaraq bildirib ki, hadisəyə görə şəxsən məsuliyyət daşıyır və bu, 1981-ci ildə ovaxtkı prezident Ronald Reyqana sui-qəsddən bəri xidmətin ən böyük uğursuzluğudur.
II Şuşa Qlobal Media Forumu başa çatıb. İlham Əliyev forumdaki çıxışı zamanı deyib: "Təsəvvür edin ki, "Vaşinqton Post" redaktorlar səviyyəsində onlarla məqalə dərc edir. Məni diktator, satrap adlandırırlar".
2023-cü ildə yaxın qohumlar arasında nikahlardan doğulmuş uşaqların 9.7 faizində genetik xəstəliklər aşkar olunub.
Valideynlərin məsuliyyətə cəlb edilməsinə səbəb Nalçik şəhərindəki 33 nömrəli məktəbdə iyunun 23-də keçirilən buraxılış mərasimində çəkilən video olub.
Türkmənistanın Türkmənbaşı sahil şəhərinin sakinlərinin vedrə və çənlərini doldurmağa cəmi 40 dəqiqə vaxtları var, çünki qızmar yay günlərində içməli su sərt qrafiklə verilir.
Rusiyanın tammiqyaslı müdaxiləsinin üçüncü ilində 1200 kilometrlik cəbhə xətti boyunca Ukrayna əsgərləri böyük basqı hiss etdiklərindən çox zaman taqətdən düşüncə vuruşmalı olurlar. Ukrayna özünü müdafiə etməkdən ötrü əsgər sayını artırmaqda çətinlik çəkir.
ABŞ vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasından 5 noyabr prezident seçkisində namizəd olmaqdan ötrü yetərli sayda nümayəndənin dəstəyini təmin edib.
İyulun 22-də Avropa İttifaqı (Aİ) Ermənistana 10 milyon avro (11 milyon dollar) dəyərində qeyri-öldürücü hərbi yardımı təsdiqləyib.
Azərbaycan rayonlarının bazarlarında, marketlərdə kənd təsərrüfatı məhsullarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə yüksəkdir.
"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi, 3 ildən çoxdur həbsdə olan işadamı İlqar İsmayılovun evi də əlindən alınıb.
Azərbaycan Ermənistan xarici işlər nazirini noyabrda keçiriləcək COP29 iqlim konfransında iştirak üçün Bakıya dəvət edib.
Harrisin irq və cinsinin 2024-cü ilin seçki nəticələrini necə təsirləndirəcəyi hələ ki, məlum deyil. Bəzi amerikalılar ölkənin qadın prezidentə, hələlik, hazır olmadığını düşünürlər.
Davamı