Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi də eyni işgəncələrdən danışırdı.
"Dövlət torpağıdır, örüş sahəsi idi, sonra bəzi adamlar tikinti aparıb, yekə təsərrüfatlar tikib"
Vəkil vurğulayıb ki, Fazil Mustafaya qarşı baş verənlərin səbəbi onun siyasi xadim olması yox, dini mövzuda səsləndirdiyi fikirlər olub
İon Kryangenin Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşlarına Moldovanın maraqlarına ziyan vura biləcək məxfi informasiya ötürdüyü ehtimal olunur
Ermənistanın xüsusi işlər üzrə keçmiş səfiri Marukyan deyib ki, Bakının Ermənistanın indiki konstitusiyasına iradları iki ölkə arasında sülh müqaviləsinin imzalanmaması üçün bəhanədir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraili təhdid edərkən işlətdiyi "Necə ki, Qarabağa, Liviyaya girmişik, onlara da eynisini edə bilərik" bəyanatının Bakıda xoş qarşılanmayacağı gözlənilən idi. Hakimiyyətyönlü media orqanları bu açıqlamanı tənqid etməyə başlayıblar.
Reuters agentliyi yazır ki, buna səbəb HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin qətlinə görə Tel-Əvivdəki Türkiyə səfirliyində bayrağın matəm əlaməti olaraq yarıyadək endirilməsi olub
Prezidentin sözçüsü Dmitri Peskov Putinin məhbusluqdan qayıdanları hava limanında şəxsən qarşılamasını “öz vətəninə xidmət edən insanlara ehtiramla” izah edib
İyulun 31-də Xarici İşlər Nazirliyi heç bir dəlil göstərmədən iddia edib ki, “YouTube” “neytral platforma deyil və Vaşinqtonun siyasi direktivləri ilə fəaliyyət göstərir”
"Gözlərimiz yaşlıdır. ‘Navalnı mübadiləsi’ gerçəkləşdi... amma Navalnısız. Çox ağrılıdır"
Maduronun qələbəsini tanımadıqlarını artıq Argentina, Peru, Çili, Uruqvay və Panama bəyan ediblər. Onu təbrik edənlərin arasında Vladimir Putin və İlham Əliyev də var
"İkinci bir Bakı-Ceyhan layihəsi də ola bilər". Bu ifadəni Azərbaycandan Avropa uzanacaq enerji kabeli layihəsi haqda işlədirlər. Neftdən, qazdan sonra Azərbaycanın elektrik enerjisi də Avropaya ötürülə bilər.
Davamı