Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında Bakının Ermənistanın Qərb ölkələri ilə hərbi əməkdaşlığından narazılıq və narahatlığı ifadə olunur.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan iyulun 25-də bildirib ki, hazırda Yerevan Bakının 10-cu təkliflər paketinə cavab təklifləri üzərində işləyir.
Youtube platformasında öz adına olan kanalda, eləcə də başqa onlayn nəşrlərdə hökumətin siyasətini tənqid edən bloqer Arzu Sayadoğlunun (Məmmədovun) məhkəməsi başlanıb.
Rusiya prezidenti Vladimir Putin iyulun 25-də Moskvada Suriya lideri Bəşər əl-Əsədi qəbul edib. Suriya prezidentinin Moskvaya səfəri barədə əvvəlcədən məlumat verilməmişdi.
Özbəkistan SIM kartları internetə giriş imkanı verir, halbuki Türkmənistanın özündə internet, demək olar, tamamilə bloklanıb.
Azərbaycanda hökumət tənqidçiləri müxtəlif ittihamlarla saxlanarkən onların barəsində, bir qayda olaraq, həbs-qətimkan tədbiri seçilməsi yerli və beynəlxalq hüquq müdafiəçilərinin tənqidlərinə səbəb olur. Hakimiyyətin təkzibinə baxmayaraq, fəallar məhz baxışlarına görə təqib olunduqlarını deyirlər.
Yaxınlarda Tacikistanda avtoritar hökumətin siyasətini açıq tənqid etməyə cəsarəti çatan sonuncu müxalifətçi də həbs olunub.
ABŞ prezidenti Co Bayden (Joe Biden) seçki yarışından çəkiləndən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.
Bəzi xəbərlərə görə, Hindistan hökuməti bildirib ki, Ermənistanın Hindistanın silah istehsalçıları ilə son bir neçə ildə imzaladığı müqavilələrin ümumi dəyəri 600 milyon dollara çatıb.
Elm və təhsil nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlamasında 2026-cı ilin sonuna qədər məktəblərdə adambaşına maliyyə sisteminə keçid ediləcəyini bildirib.
DTX-nın bəyanatında deyilir ki, araşdırmada əsas diqqət keçmiş yüksəkvəzifəlilər tərəfindən dəstəklənən "cinayətkar" fəaliyyətlərə yönəldilib.
Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının sədri Valeri Fadeyev Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyana məktub təqdim edib.
Davamı