Baş nazir İrakli Kobaxidze deyib ki, gürcü xalqının maraqlarına xidmət edən qeyri-hökumət təşkilatları dövlət büdcəsindən xarici donorlardan aldıqları qrantın iki misli qədər vəsait ala biləcəklər.
Azatutyun yazır ki, Simonyan bunları deyərkən Qarabağın son separatçı lideri Samvel Şahramanyanın imzaladığı fərmana istinad edib
Ötən həftə Azərbaycan prezidneti İlham Əliyev bəyan etmişdi ki, sülh müqaviləsi mətninin 80 faizinə dair razılaşma əldə olunub
Rusiya ukraynalı əsirlərin evlərinə zəng etmələri üçün şərait yaratmır
Avropa İttifaqı İranın Rusiyaya yaxınmənzilli raketlər verdiyinə dair müttəfiqlərin məlumatını “inandırıcı” adlandırıb və işarə edib ki, Tehranın bu addımına çox “çevik” reaksiya veriləcək
Sentyabrın 7-də "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və jurnalistlər Hafiz Babalı ilə Nərgiz Absalamovanın həbs müddəti artırılıb.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev ötən il ölkə konstitusiyasını dəyişdirərək özünün hakimiyyətdə daha 14 il qala bilməsinə şərait yaradıb.
Adətən hakimiyyətin tezislərini yayan media qurumları ATƏT DTİHB-nin hesabatı barədə, demək olar, xəbər vermədilər, sanki bu sənədi görməzdən gəldilər.
Siyasi fəal hakimin onun ailə üzvlərini – qızı Nigar Həzi və kürəkəni Seymur Həzini bir daha məhkəmə iclaslarına buraxılmamaq şərtilə zaldan çıxarmasına etirazını bildirib
ABŞ-ın müdafiə naziri deyib ki, əgər hətta ABŞ və ya NATO ölkələri Ukraynaya uzaqvuran raketlər versələr belə, bu, özlüyündə Rusiya ilə müharibənin cəbhələrindəki vəziyyəti təsirləndirə bilməyəcək
MSK-nın ilkin nəticələrinə görə, 70 saylı Neftçala seçki dairəsində Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) Tənzilə Rüstəmxanlı lider namizəddir
İranın Ermənistandakı səfiri Mehdi Sübhani Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçən ekstraterritorial quru dəhlizinin açılma imkanını istisna edib
Davamı