Radio
08:00 - 09:00
Pen klub - «Day-day»sız finala çıxanlar - 10-un 4-ü
Onlar ilboyu ədəbi saytların manşetlərini «işğal edən» yazarlardan deyillər. Onlar «Ədəbi Azadlıq-2014» Milli Müsabiqəsinin finalına öz hekayələrinin gücünə yüksələn və 140 nəfər arasında fərqlənənlərdir. Builki finalçılardan 4-ünü bu verilişdə yaxından tanıyacaqsan: Hədiyyə Şəfaqət, Mübariz Örən, Nahid Hacıyev və Azər Musaoğlu.
19:00 - 20:00
AzadlıqFM - «Facebook» ayırır, yoxsa birləşdirir?
- «Facebook» boşanmaların sayını artırır!.. - Qaynana gəlininin «facebook» profilini qırdı!.. -Sosial şəbəkədən asılılığı onu ailəsindən soyutdu... Bir vaxtlar sosial şəbəkələrin insanları birləşdiyindən danışılırdısa, indi bənzər xəbərlər tam tərs mənzərə cızır. İstər-istəməz, sual doğur: Sosial şəbəkələr ailəiçi münasibətlərə necə təsir göstərir? «Facebook» ailə dağıda bilər?