Radio
09:05 - 10:00
İşdən sonra - Cəbhə xəttindən xəbərlər: Yalanla doğru arasında var-gəl
Döyüş şəraitində iş təcrübəsi olan jurnalistlər – Tapdıq Fərhadoğlu və Rövşən Hacıbəyli son günlər cəbhə xəttindəki gərginliklə bağlı mətbuatın informasiya fəaliyyətini müzakirə edirlər. Media eksperti Ələsgər Məmmədli bu fəaliyyətin hüquqi və etik aspektlərini dəyərləndirir.
17:05 - 18:00
İşdən sonra - «Nə baş verir» sualının qurama və doğru cavabları
RATİ sədri Emin Hüseynov, hüquq müdafiəçisi Samir Kazımlı və hüquqşünas Elman Fəttah sosial şəbəkələrdə və bəzi media orqanlarında yer alan və yalan məlumatlara əsaslanan təbliğat materiallarından, bunun nəticələrindən və son həbslərdən danışırlar.