Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 06:43

«Qərbin çevikliyi Saakaşviliyə Elçibəyin taleyini yaşatmadı»


«Rusiyanın Gürcüstana təcavüzü Azərbaycandan da yan ötməyəcək»
«Rusiyanın Gürcüstana təcavüzü Azərbaycandan da yan ötməyəcək»
«Rusiyanın Gürcüstana təcavüzü Azərbaycandan da yan ötməyəcək. Eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin həllinə də öz təsirini buraxacaq. Əslində bu gün Gürcüstanda baş verənlər 1993-cü ildə Azərbaycanda baş verənlərdir. Qarabağ və onun ətrafındakı 7 rayon işğal olundu, Azərbaycanda hərbi qiyam baş verdi, Elçibəy hakimiyyəti devrildi. Beynəlxalq birlik hadisələrə çevik müdaxilə etməsəydi, proses Gürcüstanda da hakimiyyətin devrilməsi ilə nəticələnəcəkdi». Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər «Ekspress»ə müsahibəsində belə deyib.
«Əslində bu mübarizə 2003-2004-cü illərdə Gürcüstanda və Ukraynada demokratik inqilablardan sonra başlayıb. Bu ilin aprelində NATO-nun Buxarest sammitində hər iki ölkəyə NATO-ya üzvlük perspektivi də veriləndən sonra bu qarşıdurmanın qaçılmaz olduğunu hamı gözləyirdi».

İqtisadçı ekspert Qubad İbadoğlu proqnozlaşdırır ki, ölkədə növbəti bahalaşma gözlənilir.

O, deyir ki, Azərbaycanda həm daxili bazardakı, həm də idxal mallarının qiymətindəki artımın baş verməsində yüklərin daşınması amili əhəmiyyətli xərc maddəsi kimi böyük təsirə malikdir: «Azərbaycana gətirilən məhsulların arasında 20 faizə qədərini istehlak malları təşkil edirdi. Təbii ki, bu malların müəyyən mənada qıtlığı yaranacaq. Doğrudur, idxalda ölkənin əsas tərəfdaşı Rusiyadır və bu ölkə ilə bağlı hələ ciddi problem yoxdur. Amma Rusiya Azərbaycanla sərhədi bağlasa, idxalda problem yaranar, xüsusilə də istehlak mallarının bahalaşmasını müşahidə edə bilərik. Məncə, qıtlığın yaranması üzündən bahalaşma mümkündür». Bu barədə «Yeni Müsavat» yazıb.

«Psixoloqlar yeraltı keçidlərin insan əhval-ruhiyyəsinə müsbət təsir edən müxtəlif variantlarını işləyir». «Yeni Azərbaycan» qəzeti «nəqliyyat infrastrukturunun qurulmasında psixoloji amillər» başlıqlı məqaləsində belə yazır.
XS
SM
MD
LG