Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:07

Dövlət Departamenti redaktorun döyülməsindən narahatdır


Dövlət Departamenti günahkarların həbs olunaraq cəzalandırılmasına çağırır
Dövlət Departamenti günahkarların həbs olunaraq cəzalandırılmasına çağırır

ABŞ Bakıdakı səfirliyinin nümayəndəsi mayın 23-də xəstəxanada Bahəddin Həziyevə baş çəkəcək


Birləşmiş Ştatların Dövlət Departamenti «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevə qarşı edilən hücumdan dərindən narahat olduğunu bildirib. Dövlət Departamentinin Avropa və Avrasiya İşləri üzrə Bürosunun sözçüsü Linda Hartlery «Azadlıq» radiosuna bildirib ki, Amerika rəsmiləri bu məsələni Azərbaycan hökuməti qarşısında qaldırıb: “Dövlət Departamenti bu cinayətin araşdırılması və məsuliyyət daşıyanların həbs olunaraq cəzalandırılmasına çağırıb. Biz cənab Həziyevin ailəsi ilə əlaqə saxlamışıq. Bakıdakı səfirliyimizin nümayəndəsi də mayın 23-də xəstəxanada ona baş çəkəcək”.


Dövlət Departamentinin nümayəndəsi daha sonra vurğulayıb ki, Azərbaycanda demokratik mətbuatın inkişafı senzura və hədə-qorxulardan azad mühitdən asılıdır.


XS
SM
MD
LG