Milli Bankın sədri Elman Rüstəmov bildirir ki, kreditin ilkin ödənişi və müddəti ilə bağlı yeni təkliflər hazırlanıb
«İpoteka kreditlərinin verilmə şərtləri yumşaldıla bilər». Milli Bankın sədri Elman Rüstəmov jurnalistlərə belə deyib. Onun sözlərinə görə, kreditin ilkin ödənişi və müddəti ilə bağlı yeni təkliflər hazırlayıblar.
İpoteka Fondunun keçirdiyi sosioloji sorğuda respondentlərin 80 faizi elə ilkin ödənişlərlə bağlı güzəşt edilməsini istəyiblər. Amma hökumət hələ ki, kreditlərin faiz dərəcələrini aşağı salmaq barədə fikirləşmir.
İndi ipoteka kreditləri illik 6-12 faizlə 15 illiyinə verilir. Krediti götürmək istəyən məbləğin 30 faizini özü əvvəlcədən ödəməlidir. Kreditlərin paylanması bu ilin martından başlayıb. İndiyə kimi 20 ipoteka krediti verilib.