Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:31

Əlavə şəxslər də məsuliyyətə cəlb oluna bilər


«Cinayətin təşkilatçıları, təhrikçiləri, digər iştirakçıların artmaq ehtimalı var»
«Cinayətin təşkilatçıları, təhrikçiləri, digər iştirakçıların artmaq ehtimalı var»
«Neft Akademiyasına hücumla bağlı əlavə şəxslərin məsuliyyətə cəlb olunacağı istisna olunmur». Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov «Azadlıq» radiosuna belə deyib:

«Cinayətin təşkilatçıları, təhrikçiləri, digər iştirakçıların artmaq ehtimalı var. Tərəfimizdən intensiv istintaq-əməliyyat tədbirləri davam edir».

E.Sultanov akademiyaya hücum edən Fərda Qədirovun qanında narkotik və ya psixotrop maddə olub-olmamasını aydınlaşdırmaq üçün qan nümunələrinin götürüldüyünü də deyib.

«İstintaq qrupu tərəfindən zərurət hesab edildiyi zaman məlumatlar ictimaiyyətə açıqlanacaq».

Aprelin 30-da səhər tapança ilə silahlanmış şəxs Neft Akademiyasının ikinci korpusunun binasında 12 nəfəri öldürüb. Müxtəlif dərəcəli xəsarətlər almış daha 9 nəfər isə xəstəxanadadır. Hücum edən şəxs özünü güllələyib.
İstintaq hücum edən şəxsin Gürcüstan vətəndaşı Fərda Qədirov olduğunu bildirib.
XS
SM
MD
LG