Avqustun 5-də Tehranda Mahmud Əhmədinejadın andiçmə mərasimi keçirilib. Mərasim parlamentdə baş tutub. İnauqurasiya gedən vaxt Əhmədinejadın qələbəsini tanımayan yüzlərlə müxalifət tərəfdarı binanın qarşısına toplaşıb. Polislə nümayişçilər arasında toqquşma olduğu bildirilir.
Andiçmə mərasimində tanınmış müxalifətçi siyasətçilər və sabiq prezident Əkbər Haşəmi Rəfsəncani iştirak etməyib.
İranda iyunun 12-də keçirilən prezident seçkilərindən sonra etiraz nümayişləri zamanı toqquşmalarda 30-dan çox adam ölüb. Seçkinin saxtalaşdırıldığını deyən yüzlərlə müxalifət tərəfdarı isə həbs olunub.
Avqustun 6-da onların məhkəməsi olacaq.