Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 10:49

Dindarlar meriyanın qarşısında aksiya keçiriblər


Etiraz aksiyası, 1 sentyabr 2009
Etiraz aksiyası, 1 sentyabr 2009
«Məscid sökülməsinə son qoyulsun!». Bu şüarı sentyabrın 1-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında etiraz aksiyası keçirən bir qrup dindar səsləndirib. Onlar Bakının Yeni Günəşli yaşayış massivindəki «Fatimeyi Zəhra» məscidinin sökülməsiylə bağlı qərara etiraz ediblər. Aksiyanın təşkilatçılarından biri, «Mənəvi dəyərlər» İctimai Birliyinin mətbuat katibi Ramil Bayramov deyib ki, artıq üçüncü məsciddir ki, ya bağlanır, ya da söküləcək:

«Ramazan ayında məscidlərin sökülməsinə etiraz edirik. Bunun qarşısı alınmasa, deməli, digər məscidlər də söküləcək».

Digər aksiya iştirakçıları isə bildiriblər ki, onlar məscidə ibadət üçün toplaşırdılar və məscidin sökülməsi qərarına münasibətləri mənfidir:

«Əgər məscid sökülsə özümüzü traktorun altına atacağıq».

Aksiya iştirakçılarının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətindən onlara məsələ ilə bağlı sentyabrın 2-də cavab veriləcəyi bildirilib.

Polis aksiyanı dağıdıb.

Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında yerli məhkəmə «Fatimeyi-Zəhra» məscidinin sökülməsinə qərar verib, Bakı İqtisadi Məhkəməsi qərarı qüvvədə saxlayıb.

«Fatimeyi-Zəhra» dini icması məscidin tikintisi üçün 1994-cü ildə BŞİH-dən sərəncam alıb. Ancaq 2002-ci ildə BŞİH-in başçısı Hacıbala Abutalıbov sələfi Rafael Allahverdiyevin verdiyi həmin sərəncamı ləğv edib. İcmanın o vaxtkı prezident Heydər Əliyevə müraciətindən sonra məscidə qarşı hücumlar dayanıb. Hətta Bakı Şəhər İcra Hakimiyyətindən icmaya deyiblər ki, Hacıbala Abutalıbov sərəncamını ləğv edib.
XS
SM
MD
LG