Hər il dünyanın ən varlı adamlarının siyahısını hazırlayıb elan edən ABŞ-ın «Forbes» jurnalı bu gün də dünyanın güclü 67 adamının siyahısını elan edib.
Siyahının başında ABŞ prezidenti Barak Obama gəlir.
İkinci yer Çinin prezidenti Hu Cintauya, üçüncü yer isə Rusiyanın baş naziri Vladimir Putinə verilib.
Jurnal yazır ki, «güclü lider»i əsasən dörd sualın cavabı əsasında müəyyən etdiyini yazır.
Birincisi, bu adamın çox sayda başqa insanlara təsiri nə qədərdir?
İkincisi, onun əlində əhəmiyyətli dərəcədə maliyyə mənbələri varmı?
Üçüncüsü, o, eyni zamanda müxtəlif sferalarda güclü ola bilirmi?
Dördüncüsü, o, öz gücündən nə qədər fəal şəkildə istifadə edir?
Bu üstünlüklərin qiymətləndirilməsi əsasında tutulan siyahıda məsələn, ABŞ-da «Wal-Mart» supermarketlər şəbəkəsinin rəhbəri Mixael Duke (8-ci yer) Rusiya prezidenti Dmitri Medvedevdən (43-cü yer) dəfələrlə güclü lider kimi göstərilib.
Medvedev «gücünə» görə Amerikada teleşou aparıcısı Oprah Vinfreydən cəmi iki pillə irəlidə göstərilir.
Güclü adamlar siyahısında göstərilən ən mübahisəli fiqurlardan biri də Meksikanın narkotik baronu Joaquin Quzmandır. «Forbes»in dünyanın güclü şəxsləri siyahısında Medvedevdən iki sıra irəlidə - 41-ci yerdə olan Quzmanı tutana ABŞ beş milyon dollar mükafat vəd edib. Sinaola narkotik kartelinə rəhbərlik edən bu adamın son səkkiz ildəki kokain ticarətinin 6 milyarddan 19 milyard dollara qədər olduğu güman edilir.
Siyahıdakı başqa bir mübahisəli fiqur da Əl-Qaidə terror təşkilatının lideri Osama bin Ladendir. «Forbes» onu dünyanın ən güclü şəxslərinin siyahısında 37-ci sırada göstərib. Jurnal onu gücünə görə Pakistanın baş naziri Syed Yusif Gilani və İranın ali dini rəhbəri ayətullah Əli Xamneyidən də yuxarıda olduğunu yazır.