Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:58

«2009-cu ildə Azərbaycandan Avropa Məhkəməsinə göndərilən şikayətlərin sayı azalıb»


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi
Ötən illə müqayisədə 2009-cu ildə Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə daxil olan şikayətlərin sayı azalıb.

Bunu Azərbaycan Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin yığıncağında çıxış edən Ali Məhkəmənin hakimi Vafəddin İbayev bildirib.

V. İbayev deyib ki, bu günə qədər Avropa Məhkəməsi Azərbaycana qarşı 18 qərar qəbul edib, onların 16-sı icra olunub.

V. İbayev Avropa Məhkəməsinin jurnalistlərlə bağlı mövqeyini də diqqətə çatdırıb:

«Avropa Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, jurnalistlərin vəzifəsi maraqlı, hətta qarşıdurmaya səbəb ola biləcək bu və ya digər informasiyanı cəmiyyətə çatdırmaqdır. Avropa Məhkəməsi jurnalistlərə ağır sanksiyaların tətbiq olunmasını məqsədəuyğun hesab etmir. Məhkəmə hesab edir ki, jurnalistlər hansısa məqalə yazarkən həbs olunacaqlarını düşünür. Avropa Məhkəməsi Azərbaycan məhkəmələrinin jurnalistlər haqqında azadlıqdan məhrumetmə qərarları çıxarmalarını istəmir». / APA /
XS
SM
MD
LG