Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:48

Eynulla Fətullayev heç kimlə üzləşdirilməyəcək


«Eynulla Fətullayev heç kimlə üzləşdirilməyəcək. Ehtimal edirəm ki, istintaq bu fikrindən vaz keçib. Üzləşdirmə hər hansı ziddiyyətin aradan qaldırılması üçündür. Bu məsələdə isə hər hansı ziddiyyətli məqam yoxdur».

Bu sözləri AzadlıqRadiosuna 1 saylı İstintaq Təcridxanasında saxlanan «Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fəullayevin vəkili İsaxan Aşurov deyib.

Vəkil yanvarın 6-da Fətullayevlə görüşdüyünü, jurnalistin saxlanma şəraitindən şikayətçi olmadığını da bildirib. Onun sözlərinə görə, Fətullayevə qarşı həbsxana şəraitində narkotik istifadəsi üzrə irəli sürülən son ittihamla bağlı yanvarın 6-da heç bir istintaq hərəkəti aparılmayıb.

Ötən il dekabrın 29-da Penitensiar Xidmət bildirib ki, Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından 0.223 qram heroin tapılıb. Jurnalist barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə cinayət işi açılıb. Onu bu ittihama görə 3 il azadlıqdan məhrum etmə gözləyə bilər.

Baş redaktor terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Bir sıra beynəlxalq təşkilatlar da onu vicdan məhbusu sayaraq azadlığa buraxılmasını tələb edirlər. Avropa Məhkəməsində isə Eynulla Fətullayevin Azərbaycana qarşı işi yekunlaşmaq üzrədir.

MÖVZU İLƏ BAĞLI FİKİRLƏRİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG