Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:45

Eynulla Fətullayevin işi ilə bağlı rəsmi açıqlama verildi


Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Eynulla Fətullayevlə bağlı açıqlama yayıb.

Açıqlamada dekabrın 29-da 12 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlar Eynulla Fətullayevdən 0,223 qram, Şahin Şəmsiyevdən isə 0,081 qram narkotik maddə olan heroin aşkar edilərək götürüldüyü xatırlanır.

Penitensiar Xidməti bildirir ki, bəzi hüquq müdafiəçiləri və QHT nümayəndələri faktları təhrif edən və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyirlər. Qurum bildirir ki, «qanun qarşısında hamı bərabərdir və hər bir hüquq pozuntusunun qarşısı qətiyyətlə alınacaq, məhkumlar arasında bu sosial bəlanın yayılması ilə mübarizə bundan sonra da davam etdiriləcək».

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru E.Fətullayev 2007-ci ilin aprelindən həbsdədir. Terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

Dekabrın 29-da Penitensiar Xidmət bildirib ki, Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından heroin tapılıb. Jurnalist barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə cinayət işi açılıb. Onu bu ittihama görə 3 il azadlıqdan məhrum etmə gözləyir.

Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Bir sıra beynəlxalq təşkilatlar da onu vicdan məhbusu sayaraq azadlığa buraxılmasını tələb edirlər. Avropa Məhkəməsində isə Eynulla Fətullayevin Azərbaycana qarşı işi yekunlaşmaq üzrədir.

Məhbus jurnalist Eynulla Fətullayevin üstündə narkotik tapılmasını necə şərh edərdiniz
XS
SM
MD
LG