Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:11

XİN diplomatların bəyanatına münasibət bildirdi


«Azərbaycandakı xarici diplomatların bütün hüquqları beynəlxalq konvensiyaya uyğun olaraq qorunur». Bu fikirləri Naxçıvanın Bənanyar kəndinə buraxılmayan ABŞ və Norveç səfirliklərinin birgə yaydığı bəyanata münasibət bildirərkən XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib.

Elxan Poluxova görə, diplomatların narahatlığı nə ilə bağlıdır bu başqa məsələdir, amma onların bütün hüquqları qorunur:

«Azərbaycan 1961-ci ildə qəbul edilmiş «Diplomatik münasibətlər haqqında» beynəlxalq konvensiyaya uyğun olaraq üzərinə götürdüyü bütün öhdəlikləri həyata keçirir».

Daxili İşlər Nazirliyi mətbuat xidmətində isə səfirliklərin birgə bəyanatından xəbərsizdilər.

ABŞ və Norveç səfirlikləri Bənənyar kəndində olan vəziyyətlə əlaqədar Azərbaycan hökumətinə öz narahatlıqlarını bildiriblər. Bu haqda ABŞ və Norveç səfirliklərinin yanvarın 14-də birgə yaydığı bəyanatda deyilir.

HƏMÇİNİN OXU:

ABŞ və Norveç səfirlikləri Bənənyardakı vəziyyətlə bağlı birgə bəyanat yayıb

Prezident Vasif Talıbova «Şöhrət» ordeni verdi

Diplomatları Bənənyarda görüş keçirməyə qoymayıblar

Kimə inanasan, rəsmi ya qeyri-rəsmi mənbələrə?
XS
SM
MD
LG