.
Notariuslarda alına biləcək rüsumların məbləğlərini əlavə etmişik. Qanuna görə Notariuslar bütün rüsum məbləğlərini ofislərində hamının görə biləcəyi yerdən asmalıdırlar.
Solda dövlət rüsumlarının miqdarı, sağda notariusların ala biləcəkləri xidmət haqları və tələb olunan sənədlərin siyahısı ilə tanış ola bilərsən.
Notariuslarda göstərilən bütün xidmətlər, lazım olan sənədlər və rüsumların miqdarı Ədliyyə Nazirliyinin bu saytında da sadə şəkildə verilib.
Notariuslarda dövlət rüsumundan başqa alına biləcək xidmət haqları
NOTARİUSLARDA ALINA BİLƏCƏK XİDMƏT HAQLARI
Maddə 29. Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqqDövlət notariusları bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 6-cı və 8-ci bəndlərində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə... həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində... haqq tuturlar.
Bütün xidmət haqlarını Notariat haqqında qanunun 29-CU MADDƏSİNDƏN OXU
DÖVLƏT RÜSUMLARI
Notariat hərəkətlərinin aparılması üçün lazım olan sənədlərin siyahısı
Notariat hərəkətlərinin aparılması üçün lazım olan sənədlərin siyahısı
Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə və ya ipoteka qoyulmasına dair müqavilənin təsdiq edilməsi ilə əlaqədar
1. nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsi;
2. nəqliyyat vasitəsinin müayinədən keçməsi barədə sənəd;
3. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;
4. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı.
2. nəqliyyat vasitəsinin müayinədən keçməsi barədə sənəd;
3. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;
4. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı.
Başqa bütün notariat hərəkətləri üçün lazım olan sənədlərin siyahısı ilə BURADA TANIŞ OL.
Bir qrup hüquqşünasın yaratdığı bu saytın təqdim etdiyi bu sənədlərdən də nümunə kimi istifadə etmək olar. Amma vəkillə məsləhətləşmə şərti ilə.
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
10.1. Daşınmaz əmlakın (torpaq sahələri və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, əmlak kompleksi kimi müəssisələr) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün: | |
10.1.1 . müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə | 20 manat |
10.1.2. müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə: | |
10.1.2.1. Bakı şəhərində | 200 manat |
10.1.2.2. digər şəhər və rayonlarda | 80 manat |
10.1.3. yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün | 20 manat |
10.2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün: | |
10.2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə | 25 manat |
10.2.2. müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə | 50 manat |
10.3. Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi üçün: | |
10.3.1. müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə | 10 manat |
10.3.2. müqavilə üzrə istifadə hüququ digər şəxsə keçirsə | 15 manat |
10.4. Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə: | |
10.4.1. dəyəri 2000 manatadək | 5 manat |
10.4.2. dəyəri 2000 manatdan 5000 manatadək | 20 manat |
10.4.3. dəyəri 5000 manatdan çox olduqda | 30 manat |
10.5. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: | |
10.5.1. Bakı şəhərində | 110 manat |
10.5.2. digər şəhər və rayonlarda | 44 manat |
NOTARİUSLARDA BÜTÜN DÖVLƏT RÜSUMLARININ MƏBLƏĞİNİ BURADA OXU. RÜSUMLARI HƏM DƏ ÇAP EDƏ BİLƏRSƏN. |