Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:57

PSG və Nike France “ölü canlar” saxlamaqda ittiham edilir


PSG - logo
PSG - logo
Aprelin 12-də Fransada prokurorlar ölkənin PSG futbol klubunun (Paris Saint-Germain) iki keçmiş prezidentinə qarşı şərti cəza tələb ediblər. Prokuror bildirib ki, keçmiş prezident Francis Graille bir il şərti cəza almalı, 25 min avro da cərimə ödəməlidir.

O, digər prezident Laurent Perpere haqqında 18 aylıq şərti cəza və 40 min avro cərimə tələb edib. Prokuror keçmiş prezidentləri “saxtakarlıq”da ittiham edib.

İddiaya görə keçmiş prezidentlər 15 nəfər başqa oyunçu və agentlə birlikdə klubda “ölü canlar” (adı olan özü olmayan işçilər) saxlamaqda ittiham olunurlar. İddia edilir ki, bu fırıldağa 1998-2003-cü illərdə 1-ci Liqaya transferlər zamanı əl atılıb.

Məhkəməyə təqdim edilən iddiaqa qeyd edilir ki, adı çəkilən keçmiş prezidentlər və bəzi oyunçular sənədləri dəyişiblər, oyunçuların əməkhaqlarını düzgün bəyan etməyiblər, saxtakarlıq ediblər. Prokurorlar idman geyimləri Nike France şirkətinin də saxtakarlıq və “ölü canlar” fırıldağında onlara şərik olduğunu iddia ediblər.

Prokuror PSG klubunun maliyyə direktoru Pierre Frelota haqqında da 12 aylıq şərti cəza və 20 min cərimə tələb edib.

PSG klubunun özü 150 min avro, Nike France şirkətinin də 120 min avro cərimələnməsi də tələblər sırasındadır. Amma həm klub, həm də şirkət heç bir qanunsuz iş görmədiklərini deyiblər.

Yaxınlar bu mübahisə üzrə məhkəmənin qərar çıxaracağı gözlənir.

Məhkəməyə təqdim olunan iddiada prokurorlar Ranko Stojic, Milan Calasan, Henri Henrotay, Jose Maria Minguella və Roberto Rodriguez kimi xeyli sayda agent və oyunçunun da səkkiz ay şərti cəza və 20 mindən 30 min avroya qədər cərimə ödəməsini tələb ediblər.

Bu iş üzrə dörd il istintaq aparılıb. İddiaya görə qanunsuz işçilər sistemindən 24 oyunçu, o cümlədən Lionel Letizi, Andre Luiz və Romain Rochi, o cümlədən iki məşqçi də qanunsuz gəlir əldə edib.
XS
SM
MD
LG