Rusiyanın qumar oynayanları qumar oynamağa bu qədər uzağa gedəcəklərmi? AzadlıqRadiosunun müxbiri Kevin O’Flynn yazır ki, «hə» deyib, mərc gəlməyin.
Krasnodarda maşına minib, enişli-yoxuşlu yollarla 3 saat maşın sürmək lazımdır ki, düzün ortasında yerləşən binaya gəlib-çıxasan. Düzdür, yaxınlıqda Azov dənizi yerləşir, palma ağacları lampalarla bəzədilib, ancaq binanın özü müdhişdir. Qapısını da iki böyük it qoruyur.
BURA RUSİYANIN LAS VEQASIDIR
Burada hələlik yeganə kazinonun adı «Orakul»dur. Keçən il Rusiyada qumarxanalara qadağan qoyulandan sonra ölkədə açılan ilk kazinodur. Keçənilki qadağan qumarxanaları ölkənin cəmi 4 zonasınacan məhdudlaşdırdı. Minlərlə adam işsiz qaldı, büdcə qumar vergilərindən 1 milyard dollar itirdi, ancaq hakimiyyət bu addıma getdi.
Fevralda açılmış «Orakul» kazinosunun direktoru Yuri Pojarov deyir ki, hər gün kazinoya 150-400 adam gəlir. Bunlar yerlilər və başqa şəhərlərdən olanlardır:
«Burada oyun avtomatları, ruletka, kart oyunları var. Yerlilər oyun avtomatında oynayır. Kart və ruletka oynayanlar Krasnodardan və Rostovdan gələnlərdir».
KREML QUMARXANALARA 4 YER AYIRIB
Rusiyada qumarxanaların bağlanmasını hələ prezident olarkən Vladimir Putin təklif etmişdi. O deyirdi ki, qumarxanaları bağlamaq mənəvi borcdur, orta gəlirli ailənin öz son qəpiyini uduzmasına yol vermək olmaz.
Ancaq sonralar Moskva qərara gəldi ki, oyun biznesinə 4 zona ayrılsın- Uzaq Şərq, Kalininqrad, Altay diyarı və Azov dənizi sahilləri.
Yeri gəlmişkən, Azərbaycanda kazinolar, qumarxana kimi hələ Heydər Əliyevin prezidentliyi dövründə qadağan olundu. Ancaq indi bukmeker kontoru, yəni mərcxana açılmasına icazə verilir. Belə baxanda bu da elə həmin qumardır.
Rusiyada qadağadan sonra kazino təkcə Azov dənizi sahillərində açılıb.
Bunu açan «Royal Time» şirkəti ikinci kazinonun yayda, üçüncünün bu ilin sonunda açılacağını, bunların ardınca, ətrafda akvaparkın və hotellərin tikiləcəyini deyir.
Sonda isə burda «Azov City Complex» olacaq. Bu kompleks ildə 25 milyon turist qəbul edəcək.
YAXINDAKI KƏND QUMARXANA AÇILMASINDAN RAZIDIR
Yaxınlıqdakı Molçanovka kəndinin sakini Lüdmila qumarxananın açılmasından çox razıdır. O deyir: «Bizim üçün əlbəttə bu yaxşıdır. Bunun sayəsində bizim qazımız, işığımız, suyumuz var».
Ondan soruşanda ki, «bəs qorxmurmu, bir gün oğulları gedib, qumar oynasın?» Cavab verir ki, «mənim oğullarım qumar oynamağa getmir. Onlar deyirlər ki, heç vaxt qumar oynamayacaqlar».
«Orakul» kazinosuna ən böyük əngəl onun yaxınlıqdakı iri şəhərlərdən - Rostovdan və Krasnodardan uzaq olmasıdır.
Yol da təhlükəsiz deyil. «Orakul» açılanda mərasimdə iştirak etmiş krasnodarlı vəkil geri qayıdarkən yolda öz sürücüsü ilə birlikdə öldürüldü.
HƏMÇİNİN OXU
QARA BAZARDAKI PULLAR BÜDCƏYƏ NECƏ AXACAQ?