Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:36

Şimali Koreyanın 4 oyunçusu yoxa çıxıb


South Africa -- North Korea's Ji Yun-nam celebrates his goal during a 2010 World Cup Group G soccer match at Ellis Park stadium in Johannesburg,15Jun2010
South Africa -- North Korea's Ji Yun-nam celebrates his goal during a 2010 World Cup Group G soccer match at Ellis Park stadium in Johannesburg,15Jun2010

Şimali Koreya komandasının heyəti Braziliya ilə keçiriləcək oyundan qabaq birdən-birə 23 oyunçudan 19 oyunçuyadək azalıb. “Ellis Park” stadionunda keçirilən və 2-1 hesabı ilə Braziliyanın xeyrinə başa çatan oyundan sonra da futbolçular üzə çıxmayıblar

İyun ayının 15-i CAR-da Şimali Koreya yığmasının 4 oyunçusu müəmmalı şəkildə yoxa çıxıb. Hücumçu An Chol Hyok-u, qapıçı Kim Myonq Won-u, yarımmüdafiəçilər Kim Kum İl-i və Pak Sung Hyok-u həftənin əvvəlindən sonra gördüm deyən olmayıb. Ehtimal edilir ki, futbolçular CAR-da siyasi sığınacaq almaq məqsədi ilə qaçıblar.

İlk olaraq həyəcan təbilini Cənubi Koreya KİV-ləri çalıb. “Ilgan Sports” dərgisinin şərhçiləri fikir veriblər ki, Şimali Koreya komandasının heyəti Braziliya ilə keçiriləcək oyundan qabaq birdən-birə 23 oyunçudan 19 oyunçuyadək azalıb. “Ellis Park” stadionunda keçirilən və 2-1 hesabı ilə Braziliyanın xeyrinə başa çatan oyundan sonra da futbolçular üzə çıxmayıblar.

Vəziyyətdən narahat olan italiyanın “La Stampa” qəzetinin müxbirləri FIFA-ya müraciət ediblər.
“Adları çəkilən şəxslərin olmaması sadəcə olaraq oyunçuların oyuna gəlməməsi deməkdir. Yalnız məşqçi qərar verə bilər ki, 23 oyunçudan hansıları oyunda iştirak edəcək. Əgər oyunçuıar xəsarət alsaydılar, onda bu barədə bizə məlumat verərdilər. Biz heç bir nəticə çıxara bilmərik, məsələni yığma özu araşdırmalıdır”- deyə FIFA-nın nümayəndəsi bildirib

KXDR yığmasının nümayəndələrindən hər hansı açıqlama almaq mükün deyil. Çünki Şimali Koreyanın baş məşqçisi Kim Jong Hum Pxenyanın göstərişinə əsasən mətbuat konfransı keçirə bilməz.

“La Stampa” qəzetinin müxbirləri belə qərara gəliblər ki, futbolçular Kim Çen İr rejimindən can qurtarmaq məqsədilə fərarilik ediblər və yaxın vaxtlarda hansısa demokratik ölkədən yaxud da elə CAR-ın özündən siyasi sığınacaq istəyə bilərlər.

KXDR-dən olan qaçqınların sayı son illər durmadan artır. Koreyalılar əsasən cənuba qaçırlar. Təkcə 2009-cu ildə Cənubi Koreyaya 2500 şimallı keçə bilib. Nəticədə hazırda Cənubi Koreyada 20.000-dək KXDR qaçqını yaşayır.
XS
SM
MD
LG