Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:30

Qarşıdurma nəticəsində 4 nəfər xəstəxanalıq olub


İyulun 6-da saat 11.00 radələrində Tərtərdə bir qrup yerli sakinlə rayon ərazisində məskunlaşmış Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlər arasında qarşıdurma olub. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir ki, qarşıdurma nəticəsində hər iki tərəfdən xəsarət alanlar olub, 4 nəfər xəstəxanaya yerləşdirilib. Qarşıdurma zamanı bir neçə ticarət və iaşə obyektinə ziyan dəyib.

Məlumatda bildirilir ki, görülən tədbirlər nəticəsində ictimai qayda bərpa edilib, xidməti vəzifəsini yerinə yetirən 2 polis əməkdaşı yüngül xəsarət alıb.

Fakt üzrə cinayət məcəlləsinin 223.1 (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb.

Qarşıdurmanın araşdırırlması, təkrar qarşıdurmalara yol verilməməsi üçün DİN və Baş Prokurorluğnun məsul əməkdaşları rayona ezam edilib.
XS
SM
MD
LG