Keçid linkləri

2025, 02 Yanvar, Cümə axşamı, Bakı vaxtı 18:16

Əsgər özünü güllələyib


Azərbaycan Ordusunun əsgəri özünü güllələyib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində baş verib.

2009-cu ildə Biləsuvar rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 19 yaşlı Ələddin Əlifağa oğlu Cəlilov əlindəki avtomat silahdan açdığı atəş nəticəsində ağır yaralanıb.

Yaralı hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.

Hadisənin səbəbləri araşdırılır.
XS
SM
MD
LG