«Beş il müddətinə əmanətləri qaytarmaq mümkündür».
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib. O bildirib ki, rəhbərlik etdiyi mərkəz 1 il əvvəl bununla bağlı qanun layihəsi də hazırlanıb.
EKSPERTİN TƏKLİFLƏRİ
«Güman edirik ki, beş il müddətinə əmanətləri qaytarmaq mümkündür. İqtisadi və Sosial İnkişaf Mərkəzi əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi hazırlamışdı 2009-cu ildə. Həmin qanun layihəsi hökumətə və parlamentə təqdim olunmuşdu. Həmin qanun layihəsində əmanətlərin indeksasiyası da göstərilib. Burda fərqli indeksasiya sistemləri təklif edilib. Bu nədən irəli gəlir. Azərbaycanda əmanətlərin 70 faizi 2 min rubladək olan əmanətlərdir. 20-30 faiz 2000-dən artıqdır. Biz təklif edirdik ki, 1 rubl üçün 1 manat ödənsin. Daha sonra isə indeksasiya sistemi dəyişilsin. Biz 5 indeksasiya sistemi təklif edirdik. Həmin indeksasiya sistemi daxilində Azərbaycan vətəndaşlarına əmanətlərin qaytarılması üçün 900 milyon manat vəsait tələb olunur və həmin prosesi 3 ildən 5 ilədək həyata keçirmək mümkündür».
QANUNA EHTİYAC YOXDUR?
Deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov isə hesab edir ki, bu məsələ ilə bağlı qanun qəbul etməyə, ümumiyyətlə, ehtiyac yoxdur:
«Qanun qəbul olunmasına ehtiyac yoxdur. Büdcənin xərc hissələri var, xərc hissəsini müəyyənləşdirən müxtəlif dövlət qurumları var. O cümlədən Maliyyə Nazirliyi. Maliyyə Nazirliyi Nazirlər Kabineti ilə birgə indeksasiyanın formulunu və qaytarılma mexanizmini bir qərarla təsdiqləyə bilər. Və bu qanunun qəbul olunmasına ehtiyac yaratmaz. Və hər halda biz bunu üstündə qalırıq ki, hökumət bunu qaytarmaqda israrlıdır və ortada siyasi iradə var».
Deputat deyib ki, qaytarılmayan əmanətlər dövlətin daxili borcu hesab olunmalıdır. Onların qaytarılması isə əhalinin banklara olan inamını artıracaq.