Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:00

Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatı


ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya və Fransa) və Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatı açıqlanıb.

Sənəddə bildirilir ki, Rusiya prezidenti Dmitri Medvedyev, Fransanın baş naziri Fransua Fiyon, ABŞ dövlət katibi Hillari Klinton, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə daha qətiyyətli səylərin atılması vaxtının çatdığını bildiriblər.

“Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2008-ci il noyabrın 2-də Moskvada, 2010-cu il oktyabrın 27-də isə Həştərxanda qəbul etdikləri birgə bəyanatları xatırlayaraq onlar bildirirlər ki, dinc, razılaşdırılmış nizamlanma, sabitlik və təhlükəsizlik və region xalqlarına sülh gətirəcək yol yeganə yoldur”.

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplər, BMT Xartiyası, Helsinki yekun aktı, həmçinin prezidentlər Medvedyev, Sarkozi və Obamanın 10 iyul 2009-cu il və 26 iyun 2010-cu il tarixli bəyanatları əsasında yekun həllinin axtarışına tərəfdar olduqlarını bildiriblər.

ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi dinc nizamlanmanın axtarışında Azərbaycan və Ermənistan prezidentlərinə dəstək ifadə edirlər. Onlar iki ölkə liderini hələ də baza prinsiplərində qalan məsələlərə diqqəti yönəltməyə çağırıblar. Daha yaxşı danışıqlar atmosferinin yaradılması məqsədilə atəşkəs rejiminin gücləndirilməsi üçün əlavə addımların atılmasına, bütün sahələrdə inam tədbirlərini həyata keçirməyə çağırıblar.
XS
SM
MD
LG