Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Məscidlərdə moizə mövzusunu hökümət seçəcək


Tacikistan hökuməti cümə namazından əvvəl oxunan moizələrin mövzusunu özü müəyyənəşdirəcək.

Mövzuları Dini İşlər üzrə Komitə və hakimiyyətyönlü İslam Şurası seçəcək.

Bu iki qrum bir yerdə xütbə oxumaq üçün təxminən 60 mövzuluq siyahı hazırlayacaq. İmamlar bu mövzulardan kənar çıxmamaladır.

Amma tənqidçilər, xüsusən də müxalif İslam İntibah Partiyası bu qərarı pisləyirlər və
hökuməti imamların nüfuzunu zəiflətmək cəhdində günahlandırırlar.

Dövlət Dini İşlər üzrə Komitə sədrinin müavini Muktar Mavlanov tənqidlərlə razılaşmır. O deyir ki, məqsəd islam dəyərlərini inkişaf etdirmək, terror və ekstremizm təhlükəsini azaltmaqdır.

Daha sonra Mavlanov izah edir ki, mövzular siyahısında başlıca diqqət valideynlərə hörmət, qonşulara qayğıya yönələcək. Onun sözlərinə görə, bu mövzular islam etikasına söykənəcək, uşaqları necə böyütmək haqda olacaq, onlara həqiqətpərəst, dostcanlı olmağı təlqin edəcək.

Yaxın günlərdə möizə mövzuları imamlara təqdim olunacaq. Hökumət artıq xəbərdarlıq edib ki, siyahıdakı mövzulardan kənara çıxmaq olmaz.

«MƏNİM MÖVZU SEÇİMİNƏ EHTİYACIM YOXDUR»

Düşənbə Mərkəzi Məscidinin imamı Hamdullo Rahimzoda əmindir ki, belə bir siyahıya gərək yoxdur.

«Xütbə üçün seçdiyimiz mövzular onsuz da mənəvi dəyərlərlə bağlıdır. İslam özü elə etika və xeyirxahlıq toplusudur».

Tacikistanda xütbələr, yəni cümə namazından bir saat əvvəl oxunan moizələr son illər xüsusən məşhurlaşıb. Xütbələr olan maraq minlərlə adamı məscidlərə gətirir.

Düşənbədəki Qazoqon Məscidinin imamı Mullo Abdurahim deyir ki, cümə günləri burda toplaşanların sayı başqa günlərlə müqayisədə qat-qat çoxdur.

«Onlar əsasən xütbələrə, moizəyə qulaq asmağa gəlirlər. Mən moizə üçün mövzu seçiminə ehtiyac duymuram. Fakt budur ki, həmin gün məscid adamla dolur. Adamlar gündüz vaxtı bir saat əvvəldən gəlirlərsə, demək ki, mənim mozələrim onları təmin edir».

MİLLİ HİTƏ ÇEVRİLƏN MOİZƏLƏR

Moizələr çox vaxt sual-cavaba çevrilir, məscidə yığışanlar problemlərinin həlliylə bağlı imamlardan məsləhətlər istəyir.

Bəzi moizəçilər o qədər populyardılar ki, onların xütbələri DVD və ya CD-yə yazılıb bazarda satılır. Düşənbədən qıraqda yerləşən Turkobod məscidinin imamı Eşoni Nuriddinin və Kulob vilayətinin imamı Hoji Mirzonun xütbələri milli hitə çevrilib.

Tacik hökumətinə görə, hər iki imamı məşhurlaşdıran bəzən dindən qıraq mövzulardan, əsasən də siyasətdən danışmalarıdır. Onlar hökumət siyasətinin açıq tənqidçisinə çevriliblər. Xüsusən də hökumətin məktəb və ofislərdə hicaba rəsmi qadağa qoymasını tənqid edirlər.

Düşənbədəki ekspertlərdən biri Hikmatulloh Saifullozoda deyir ki, hökumət həqiqəti görmək istəmir. Həqiqətsə iqtidar tənqidçilərinin getdikcə daha çox təsir gücünə malik olmasıdır. İqtidar da sadəcə həmin imamları nəzarət altda salmağa çalışır.

«Bəzi moizələrin kompakt-diskləri el arasında çox məşhurdu. Bu diskləri imamlar yazdırıb paylatdırmırlar. Bunu edənlər həmin imamları sevənlərdir. Hökumətsə imamların milli miqyasda tanınmasını istəmir».

TACİK HÖKUMƏTİ DƏ MƏSCİDLƏRİ BAĞLAYIR

Tacikistanda son həftələrdə 10-a qədər məscid bağlanıb. Rəsmilər bunu lisenziyanın olmaması ilə izah edirlər.

Bağlanmış məscidlərdən birinin imamı Mullo Davlat Mirzoyevin sözlərinə görə isə, hökumət uzun illərdir onun məscidin qeydiyyatı ilə bağlı sorğusuna rədd cavabı verir.

Tacikistanda qadınların məktəb və ofislərdə hicab taxması rəsmən qadağandır. Uzun saqqal saxlayan və araqçın geyən kişilər də rəsmi idarələrdə xüsusi rəğbətlə qarşılanmır.

Hökumət tənqidləri rədd edir və vətəndşların dini azadlıqlarının təmin olunduğunu iddia edirr.

Tacisikstan rəsmiləri bir qədər əvvəl 1500 tələbənin xarici mədrəsələrdə təhsilinin yarımçıq qoymaları barədə qərar da çıxarıb.

Qərar prezidentin çıxışından, bu tələbələrin ekstremist və terrorçuların təsiri altına düşmə ehtimalı haqda xəbərdarlığından sonra verilib.

Sayta hazırladı: Şahnaz Bəylərqızı

XS
SM
MD
LG