Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Yazıçı Eyvaz Əlləzoğlunun ailəsində ikinci faciə


Eyvaz Əlləzoğlu
Eyvaz Əlləzoğlu
Martın 4-də yazıçı Eyvaz Əlləzoğlunun həyat yoldaşı Ceyran Həsənovanın asılmış vəziyyətdə meyiti aşkarlanıb.

Yazıçının yaxınlarının “Media forum” saytına bildirdiyinə görə, Ceyran Həsənovanın meyitini onun övladları səhər tezdən Bakının Bakıxanov qəsəbəsində kirayələdikləri mənzilin eyvanında aşkarlayıblar.

Bu il fevralın 26-da vəfat etmiş Eyvaz Əlləzoğlu həyat yoldaşı və üç övladı ilə birlikdə həmin mənzildə yaşayırdı.

55 yaşlı Eyvaz Əlləzoğlu insultdan dünyasını dəyişmişdi.

Eyvaz Əlləzoğlu Gürcüstanın Qardabani (Qarayazı) rayonunun Muğanlı kəndində anadan olub. Tbilisi Pedaqoji İnistitutunun filologiya fakültəsini bitirib. 1980-ci ildən mətbuatda hekayələr və publisistik yazılarla çıxış edib. Ssenarisi əsasında “Ov” cizgi filmi ekranlaşdırılıb. Gürcü ədəbiyyatından tərcümələri var. “Ölü yay”, (hekayələr); “Yatan dinozavrlar”, (hekayələr); “Odunçu geri qayıdır” (roman) kitablarının müəllifidir.

Eyvaz Əlləzoğlu 1993-1996-cı illər ərzində Prezident Administrasiyasında məsləhətçi, 1996-1998-ci illərdə Azərbaycanın Gürcüstandakı səfirliyində ikinci katib vəzifələrini tutub. 2011-ci il fevralın 27-də Bakının Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!
XS
SM
MD
LG