Milli Kitab Mükafatının təsisçisi, “Əli və Nino” nəşriyyat evinin sahibi Nigar Köçərli ilə müsahibə.
- Nigar xanım, bu günlərdə Milli Kitab Mükafatı müsabiqəsində 20-yə düşən yazıçıların adları açıqlanıb. Necə gedir seçimlər?
- Bu ilki müsabiqəyə 112 əsər qəbul olunub və ekspertlərin sayı 6 nəfərdir: Tehran Əlişanoğlu, Zahir Əzəmət, Yaşar, Mahir Qarayev, Elnarə Tofiqqızı və Qan Turalı. Ekspertlər 112 əsərdən 20 ən yaxşısını seçiblər.
Martın 29-da “qısa siyahı” açıqlanacaq, yəni 10 ən yaxşı əsər.
- Ötən dəfə müsabiqə başa çatandan sonra demişdiniz ki, sizə təzyiqlər olurdu, hətta pul təklif edənlər də vardı... Bu dəfə vəziyyət necədir? Yenə də təzyiqlər olurmu?
- Əslində başa çatmaqdan sonra yox, elə müsabiqə zamanı da deyirdim təzyiqlər var.
"Ekspertlərin
müzakirələrini müşahidə etmişəm, 3-4 dəfə görüşüblər və çox razı qaldım".
Bu il deyərdim ki, daha sakit keçir.
Biz bu il ekspertlərin adlarını açıqlamışıq, ona görə ekspertlərə təzyiq deyəndə ki, təsir etməyə çalışırlar. Zənglər var. Yazıçılar zəng vurub tapşırırlar, həm ekspert, həm münsiflərə.
Ən gülməlisi odur ki, hələ bilinmir onlar 10-luqda olacaqlar yoxsa yox, 20-lik açıqlanmamışdan artıq münsiflərə də zəng vururlar. (red: 10-luq açıqlanandan sonra ekspertlərin işi yekunlaşacaq, qalibləri münsiflər heyətinin üzvləri seçəcək)
Mən artıq yazıçılara xəbərdarlıq etmişəm. Adlarını çəkmədən, dedim ki, biz bunları bilirik. Və çox vaxt belə dırnaq arası “aktivləri” çıxdaş edə bilərik.
Qaydaları pozmasınlar, çox böyük xahişim var onlara. Söhbət əsərin keyfiyyətindən gedir, əgər əsər keyfiyyətlidirsə seçiləcək və qalib olmağa böyük şansları var.
Yenə də xahiş edirəm yazıçılarımızdan belə işlərlə məşğul olmasınlar.
- Yazıları qiymətləndirən ekspertlərin işindən necə razısınızmı?
- Əlbəttə razıyam, işlərini çox gözəl görürlər. Onlardan əsas tələb olunan odur ki, işlərində obyektiv, ədalətli olsunlar və həqiqətən ən yaxşı əsəri seçsinlər.
Onların müzakirələrini müşahidə etmişəm, 3-4 dəfə görüşüblər və çox razı qaldım.
Baxmayaraq ki, ekspertlər müxtəlif zövqlərə malikdirlər - işlərini çox yaxşı görürlər. Və əminəm ki, 20-lik də, 10-luq da çox gözəl siyahıdır.
- Milli Kitab Mükafatının 20-liyinə düşən yazıçılardan biri Aslan Quliyev AzadlıqRadiosunun saytına şərh yazıb ki, onun adı 20-lik siyahısında olsa da, bir gün sonra müsabiqənin təşkilat komitəsindən «longlist»ə düşmədiyi barədə məktub alıb. İndi bilmir o, 20-liyə düşüb ya yox.
- Aslan Quliyev artıq 4 nəfər vasitəsilə mənə müraciət edib. (gülür) Mən bir təşkilatçı kimi ondan üzr istəmişəm, bu, bir səhv idi.
Biz bütün keçməyən yazıçılara yazdıq ki, “üzr istəyirik sizin əsəriniz keçmədi, seçilmədi. Arzu edirik gələn mükafatda daha böyük uğura nail olacaqsız”.
Və təsadüfən belə bir məktub Aslan Quliyevin email-nə getdi.
O, 20-likdədir. 20-lik açıqlanıb, ondan sonra əlbəttə, heç bir düzəliş olmayıb.
- Bu ilki mükafatın qalibi sizcə kim olacaq, qabaqcadan proqnoz verə bilərsinizmi?
- Ötən il 12 nəfərin nəticəsi çox gözlənilməz oldu. Bu il məncə ondan da gözlənilməz olacaq.
Çünki 17 nəfərin rəyini bilmək qeyri-mümkündür. İnanmıram ki, kimsə indidən deyə bilər ki, filankəs qalib gələ bilər.
Bu, çox çətin məsələdir. 17 nəfər münsiflərin zövqləri üst-üstə gəlmir, rəngarənglik var.
Və əlbəttə onların nəticəsi çox gözlənilməz olacaq. Amma məncə çox maraqlı olacaq.
Çünki bildiyiniz ki, münsiflər öz rəyini əsaslandıracaqlar və açıq formada deyəcəklər nəyə görə hər hansı yazıçıya bal verirlər.
- Qaliblərin adları nə zaman bəlli olacaq?
Mayın 31-də.
Milli Kitab Mükafatı müsabiqəsində birinci yerə görə 3 min, ikinci yerə görə 2 min, üçüncü yerə görə isə min manat mükafat nəzərdə tutulub.