Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:39

Elyad Musəvi. Çoxusu da bir-birinə oxşarlar...



1

Çoxusu da bir-birinə oxşarlar
Köhnə bir musafirxananın
pəncərəsindən eşiyə
Baxar birisi

Quşqusuz
Kor kişi də violon çalır xiyabanda

Hava buludludur
Və göy geyimli gözəl bir qadın
Pəncərənin altından
Keçəcək bir azdan

Dediyim müsafirxana
Avropa ölkələrinin birində olmuşsa
Kişinin əlində birə istəkanı var

Yoxsa
Mən olduğum yerdə
Çay
Lap belə uzaq başı
Qəhvə ola bilər

Təbii
Belə-belə zamanlarda
Bir azca rütubət qoxusu da
olmalıdır havada

dediyim kimi
çoxusu da bir-birinə oxşarlar
demək
özlərindən qaçmaq üçün
adamların əlləri
çox da açıq deyil

2

Yumuşaqca salamlaşıb
O balaca kafədə
Mənlə üz-üzə oturan qızın

Bal arıları barmaqlarına darışmamışlar
Heç ətəyi də sari özəklərlə boyalı deyildı
Amma quşqusuz
Çiçək daşımaqdan gəlirdi o

Bunu hər görən oxuya bilərdi gözlərindəki gülüşdən

Onunçün
Gözlərini gizləməyə düşünərək
Sadəcə havalardan danışdi
Qəhvənin acısını və kafənin balacasını sevdiyini deyib
Getdi

Mənlə qarson
Kafənin eşiyindəki
Bal arılarına baxırıq
Hələ də...

3

O
_
uzaqda oturan
gözlərində həyəcan
dodaqlarında gülüş
yeyin-yeyin danışan
əllərini çox oynadan kişi
_

eşitməyirəm ki nə deyir
amma şübhəsiz səndən danışır

4

Məndən sorsanız
Sevgilisinə darıxdığına görə
Qalabalıq xiyabanlarda
Heçdə utanmadan
pırıl-pırıl
Ağlayan kişi

Çeqevaradan daha artıq
İnqilabı düşünür

5

Nə babamın tüfəngi
Nə mənim şeirlərim

Dünya dəyişiləsi deyildi

Boşuna yuxu görürdük
Kot dəyirmanlara sürtürdük başımızı
Yatırdıq gün ortayadək

Olduqca ilqarlı
Yetərincə inamlı olanlar öyrətdilər bunu bizə

Səhər yuxudan duranda
Ölmüşüdük
Başımız üstündə fatihə oxuyurdu
Don Kişot.

6

Çırıl-çılpaq
Gəlirsənsə ölüm kimi gəl
Poz bütün gündəlik döyüntülərimi əski elanlar kimi

İstəsən
əlimdən də tuta bilərsən
utanmadan
sürütləyə bilərsən məni görmədiyim ölkələrə

***

mən qəhvəni dəmləyirəm
sən geyimlərini soyun
bu yeni dildə sənlə danışmağım
t
ö
k
ü
l
ü
r

7

muzisiyənlərdən
bethoveni
rəssamlardan
pikasonu
fəlsəfəçilərdən
haydegeri


şairlərdən özümü
çooox sevirəm

mən post modern birisiyəm.



3 epizod


1. mən və mən

babam
"bırno"sunu asıb duvara
həyətdəki quşlara dən səpir

mən baxan açıdan nə gülməlidir
yaşam.


2. mən və sən

bu günlər
hər kəs səni soruşur məndən
və mən
sənin gözlərindən söz açıram
tribunlarda
aksiyalada
sənin adını azadliqla bərabər
bağırır
a
a
a
m


Yənı
cəhənnəmin ortasında
sevmək işinə baxıram.


3. mən və onlar

mənim də vətənim olsaydı
qaldırımdakı polislərə
salam-salam diyə
keçərdim
və qorxmazdım
çantamla bərabər
kitablarımı
və sevgilimin rəsimlərini
çalsın
modern geyimdə
gizlənən oğru.


http://enyeniedebiyat.com
XS
SM
MD
LG