Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:00

Prokurorluq Təhsil Nazirliyinin əməkdaşını saxlayıb


Arxiv şəkil
Arxiv şəkil

İyunun 6-da Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin əməkdaşı Orxan Kərimovu Respublika Prokurorluğunun əməkdaşları saxlayıblar. Bu barədə AzadlqiRadiosuna Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə məlumat verib.

Onun sözlərinə görə, bu saxlanma nazirliyin müraciəti əsasında baş verib:

«Təxminən bir ay əvvəl nazirlik təhsil sənədlərini saxtalaşdıran Rafiq Hüseynov adlı şəxslə bağlı Baş Prokurorluğa müraciət edib. Həmin şəxs saxlanandan sonra bu işlə bağlı Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin əməkdaşı Orxan Kərimov da şübhəli şəxs qismində saxlanılıb».

Bayram Hüseynzadə bu məsələ ilə bağlı nazirlikdə axtarış keçirildiyi və nazirliyin digər əməkdaşlarının dindirilməsi ilə bağlı yayılan məlumatları təkzib edir.

Hələlik saxlananların vəkilləri, ya da yaxınlarının bu barədə fikirləri məlum deyil.
XS
SM
MD
LG